DünyaGündəmSiyasət

Paşinyandan siyasi risk: Referendumun nəticəsindən asılı olaraq istefa və baş nazirlikdən imtina vədi

Paşinyan:
“Xalq yeni konstiusiyaya “yox” desə, istefa verirəm, “hə” desə, bir daha baş nazir  olmayacağam”

Ermənistanıəən Baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin 23 noyabr bazar ertəsi günü yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edəcəyini açıqlayıb. O, həmin gün xalqa xüsusi müraciət ünvanlayacağını da bildirib.
Parlamentdə konstitusiya çoxluğuna sahib olmayan hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının layihəni referenduma çıxarması üçün müxalifətin 6 deputatının səsinə ehtiyacı var. Paşinyan bu səsləri əldə etmək üçün siyasi karyerasını ortaya qoyduğunu bəyan edib:
“İndi müxalifətə yeni Konstitusiyanın qəbulu ilə bağlı referenduma gedilməsi üçün lazım olan altı səsi verməyi təklif edirəm. Əgər xalq yeni Konstitusiyanın əleyhinə səs verərsə, bir həftə ərzində istefa verəcəyəm. Xalq Konstitusiyanı təsdiqləyərsə, istər növbədənkənar, istərsə də növbəti seçkilərdə Baş nazir postuna namizəd olmayacağıma dair zəmanət verirəm. Görünən odur ki, müxalifət bunu qəbul etmir, lakin mən bu təklifi açıq saxlayıram”.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Bahçelisayağı siyasi hallüsinasiya

redaktor

İran və İsrail: 1978-ci ildən bu günə iqtisadi güc nisbəti necə dəyişib?

redaktor

Reperə sui-qəsd iddiası: Danimarka Rusiya diplomatını ölkədən çıxarır

admin