Maraqlı proseslər gedir Rusiya-Ukrayna savaşı fonunda, bu anlarda, Krımın məsələsi ilə bağlı.
Krım tatar türklərinin milli lideri Mustafa Kırım- oğlu açıqlama verib Krımın muxtar statusu ilə bağlı bütün məsələlərdə Ukrayna hökuməti ilə razılığa gəldiklərini bəyan edib. İndi, müharibə səbəbindən konstitusiya dəyişikliklərinin edilə bilməyəcəyini bildirərək, Kırımoğlu: “Azad Krım həm də Krım tatarlarının muxtar dövləti olacaq” deyib. Kırımoğlu həmçinin şərtlər tələb edərsə, sürgündə bir, respublika elan edə biləcəklərini söyləyib. Bu məsələdə Türkiyənin imkanı vardı.
Türkiyə Krımın xatirinə Ukraynaya vaxtında (və indi də) birbaşa hərbi dəstək verməklə Ukrayna qələbəsini sürətləndirər və əvəzində, müharibə Ukraynanın zəfəri ilə bitdikdə Krıma ayrıca tatar dövləti status imkanı verilməsini razılaşdırardı. Mən bunu bu savaşın ilk əvvəlində yazmışdım.
