DünyaMuharibə

Kiyevdə nəyi gözləyirik?

Bu gecə Ukrayna son dərəcədə ağır zərbələrə məruz qaldı və son aylar ərzində artıq adiləşən hal olaraq, zərbələrin əsas hədəfi paytaxt Kiyev idi.

Bir neçə məsələni xüsusilə qeyd etmək lazımdır.

Kiyevdə Dnepr çayı üzərində körpülərlə yanaşı kritik enerji infrastruktur obyektləri də hədəfə alınmışdı. Rusiya heç cür Ukraynanı və ələlxüsus Kiyevi “söndürə və dondura” bilmir. Burada 2 əsas səbəb var:

1) Yay ərzində Ukrayna enerji infrastruktur üçün nəzərdə tutulan avadanlıqlardan böyük rezerv formalaşdırdı və müəyyən avadanlıqlar sıradan çıxan kimi, onların Qərbdən göndərilməsinə və uzun gözləntilərə ehtiyac olmur, dərhal dəyişdirilir.

2) Təbii ki, ustaların misilsiz peşəkarlığı və fədakarlığı. Biz bunu burada gözümüzlə görürük.

Ballistika.

Ballistik raketlərə qarşı müdafiədə ciddi boşluqlar var. Səbəb bəllidir, ballistikaya qarşı HHM sistemləri üçün raketlərin çatışmazlığı. Amma və lakin, bu problem də həllolunmaz deyil. Ballistik raketlərin vurulması demək olar ki, mümkün olmasa da, raket daşıyıcıları məhv etmək olar, amma bunun üçün ABŞ-ın kəşfiyyat məlumatlarına ehtiyac var və əgər Rusiyaya məxsus neft emalı zavodlarına və ümumiyyətlə neft-qaz infrastrukturuna zərbələrdə Fransa/ABŞ kəşfiyyat məlumatların mübadiləsini aparırsa, ballistik raketlərə qarşı bu müşahidə olunmur. Tramp administrasiyasının mövqeyi də bəllidir.

Və ümumi durum.

Rusiya üçün bu gedişat yaxşı heç bir şey vəd etmir, cəbhədə nəinki durğunluq, hətta müəyyən istiqamətlərdə USQ-nin əks-hücumları(Velika Novosilka, Slavyansk, Liman, Dvoriçya və s.) müşahidə olunur, neft emalı zavodlarına zərbələr bərpa olundu və intensivləşdi, bu isə, Rusiyanın ən həssas nöqtələrindəndən biridir, bəlkə də birincisidir. Sentyabr və oktyabr ilə müqayisədə noyabrda rusların gündəlik neft emalı 5-10% azalıb. Ciddi rəqəmdir. Bundan əlavə, cənub qruplaşmasının loqistikasında(Krım körpüsü) artıq yaranan və çox güman ki, dərinləşəcək problemlər, hansılar ki, ümumiyyətlə cənub qruplaşmasının mövcudluğunu sual altına alacaq və s.

Bütün bunlar bir halda öz effektini verəcək, Ukrayna uğurlu müdafiə oluna biləcəksə. Uğurlu müdafiə, USQ-nin birmənalı təşəbbüsü ələ alması ilə nəticələnəcək. Bunun üçün isə, ABŞ kəşfiyyat məlumatların davamlı mübadiləsi(ballistik raketlərin daşıyıcılarına qarşı) və rabitə(Starlink/Starshield).

Bunları təmin edə biləcək qüvvələr, 3 yanvar 2027-ci ildə Konqresə nəzərat etməyə başlayacaq və əlində olduqca nəhəng təzyiq rıçaqları olacaq.

Kiyevdə hər kəs 3 yanvarı gözləyir…

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Vaşinqtonun İranla bağlı ritorikası İraq müharibəsi öncəsi dövrü xatırladır

redaktor

İranda qış öncəsi qaz böhranı: 11 əyalətdə çatışmazlıq xəbərdarlığı

admin

Netanyahunun rəqibləri arasında fikir ayrılığı: hökumət qurmaq çətinləşir

admin