DünyaSiyasət

Hörmüzdə risk bahalaşdıqca neft də bahalaşır

ABŞ Hərbi Dəniz Qüvvələri naziri Hunq Kao 17 noyabrda Senatda keçirilən dinləmələrdə deyib ki, Hörmüz boğazından keçən ticarət gəmisi 1 il əvvəl $54 minə sığortalanırdısa, hazırda bu xidmət $64 milyona yüksəlib.

Təsəvvür edirsiniz: bir gəminin (tankerin) sığorta haqqı 1185 dəfə yüksəlib!!!

Əlbəttə, Hunq Kao ABŞ nəzarəti ilə Hörmüzdən keçirilən və tez-tez İran dron, raket və minalarından partlayan gəmiləri nəzərdə tutur. Belə sığorta haqqına yalnız tanker sahibləri razılaşa bilərlər. Həmin tankerin daşıdığı isə, həqiqətən də, qara qızıl olur.

Belə çıxır ki, Hörmüzdə İranın məqsədi qlobal bazarda nefti kəskin azaltmaq deyil, qiymətini kəskin artırmaqdır. Bazarda neft nə qədər çox olsa da, ABŞ İranın dəniz blokadasını ləğv etməyincə İran Hörmüz boğazından icazəsiz keçən tankerləri təhdid altında saxlayacaq. Bu isə iki vacib səbəbdən əmtəə neftinin maya dəyərini kəskin artırır:
1. tankerlərin sığortası;
2. tankerlərin icarə haqqı. Məsələn, Yaxın Şərqdən məhsul daşıyan supertankerlərin gündəlik icarə haqqı keçən illə müqayisədə 15-20 dəfə artaraq, $1-1,4 milyona çatıb.

Tramp da deyir, biz Hörmüzə nəzarət edirik.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Vaşinqtonun İranla bağlı ritorikası İraq müharibəsi öncəsi dövrü xatırladır

redaktor

İranda qış öncəsi qaz böhranı: 11 əyalətdə çatışmazlıq xəbərdarlığı

admin

Netanyahunun rəqibləri arasında fikir ayrılığı: hökumət qurmaq çətinləşir

admin