İsrailin müxalifət liderləri Benyamin Netanyahunun hakimiyyətdə qalmaq üçün İranla genişmiqyaslı qarşıdurmanı yenidən alovlandıra biləcəyindən narahatdırlar.
Tacxeber.com “The Washington Post”a istinadən xəbər verir ki, nəşrin danışdığı dörd məlumatlı şəxsin iddiasına görə, Netanyahu seçkilərdən əvvəl İrana yeni zərbələr endirilməsini istəyib, lakin hərbi rəhbərliyin müqaviməti ilə üzləşib.
Yeni hökuməti qurmağa çalışan Qadi Ayzenkot Netanyahunu keçid dövründə təcili təhlükə olmadan hərbi əməliyyatlara başlamamağa çağırıb.
Netanyahunun ofisi nəşrin sorğusuna cavab verməyib. İsrailli hərbi rəsmi isə ordunun siyasi deyil, hərbi meyarlarla hərəkət etdiyini bildirib. Gizli əməliyyatın hərbi rəhbərlikdən xəbərsiz planlaşdırılması iddiasını təhlükəsizlik rəsmisi rədd edib.
