DünyaHadisəQalmaqal

Krım körpüsünə hücum Rusiya–Niderland gərginliyi yaradıb

Krım körpüsünə noyabrın 17-də edilən hücumda Niderlandda yerləşən “Destinus” şirkətinin raketlərindən istifadə olunması Moskvanın sərt reaksiyasına səbəb olub.

Tacxeber.com “The Moscow Times”a istinadən xəbər verir ki, Rusiyanın Niderlanddakı səfirliyi noyabrın 18-də yaydığı açıqlamada Haaqanın Ukrayna tərəfində münaqişəyə açıq şəkildə qoşulub-qoşulmadığını soruşub. Səfirlik şirkətin açıqlaması barədə Moskvanın məlumatlandırıldığını bildirib.

“Destinus”un prezidenti Oleksandr Danilyuk Reuters-ə bildirib ki, çoxmərhələli əməliyyat zamanı şirkətin yeddi “Ruta” qanadlı raketi körpüyə dəyib. Onun sözlərinə görə, hücumda şirkətin uzaqmənzilli pilotsuz uçuş aparatlarından da istifadə olunub. Reuters-in məlumatına əsasən, hücum nəticəsində körpünün avtomobil yolunun mərkəzi aşırımı dağılıb.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Türkiyədə 200 min dollar sərmayəyə 5 illik yaşayış icazəsi veriləcək

admin

Üç ölkə, üç lider

redaktor

Avropa danışıq masasına 32 nəfərlə gəlir

redaktor