DünyaSiyasət

Avropa danışıq masasına 32 nəfərlə gəlir

Avropa 5 ilə yaxındır ki, Rusiya ilə heç bir danışıqlar aparmaq istəmir, ondan faktiki olaraq təslim olmağı tələb edirdi. Rusiya da bir növ deyirdi ki, mənə siz lazım da deyilsiniz, mən sizin böyüyünüzlə – ABŞ-la danışıqlar aparmağı üstün tuturam, onsuz da son qərarı o verəcək.

Əvvəllər Rusiyanın belə mövqeyi Avropanı çox da narahat etmirdi, çünki ABŞ-ın mövqeyi elə Avropanın mövqeyi idi. Amma Tramp gələndən sonra ABŞ-ın və Avropanın mövqeləri nəinki fərqli olub, bir çox məsələlərdə hətta bir-birinə ziddir. Buna görə də Avropanı ABŞ-la Rusiya arasındakı danışıqlarda kənarda qalması çox narahat edir…

Əvvəl onlar Trampdan tələb (xahiş) edirdilər ki, Putinlə danışıqlar aparmasın. İndi isə bunun faydasızığını, həmçinin Rusiyanı məğlub etməyin xülya olduğunu görüb, Trampdan tələb (xahiş) edirlər ki, onların da danışıqlar stolu arxasında oturmasına Putinin razılığını alsın.

Uitkof və Kuşner bu məsələni bir neçə dəfə Putinlə görüşdə qaldırdılar, lakin Putin Avropa ilə danışıqlar aparmağın mənasız olduğunu əsas gətirərək, təklifi qəbul etmirdi. Son Abu-Dabi danışıqlarında Rusiya təkcə Ukraynada yox, bütün Avropada təhlükəsizlik məsələsini müzakirəyə çıxartdı. Bu da Avropa üçün “aydın sənada şümşək” kimi oldu. Onlar Trampın elçiləri yanında qaraqışqırıq saldılar ki, bizim məsələmizi bizsiz həll etməyə imkan vermərik, bu məsələnin müzakirəsində biz mütləq iştirak etməliyik.

Uitkof və Kuşnerin Putinlə son görüşündə danışıqlarda Avropanın da iştirak etməsi bir daha xahiş edildi. Putin bezib, nəhayət, dedi ki, yaxşı, onda öz aralarından bir nümayəndə seçib təqdim etsinlər, baxarıq.

Konsert bundan sonra başladı…

İndi Avropada elə vəziyyət hökm sürür ki, hər dövlət öz hayındadır – heç bir dövlət inanmır ki, başqası onun maraqlarını qoruyacaq. Əslində Aİ bütün üzvlərini təmsil edir və onların adından çıxış etməyə, danışıqlar aparmağa səlahiyyətlidir, amma… artıq bu səlahiyyətlər keçmişdə qalıb.

Ən çox cabfəşanlıq elən Aİ diplomatiyasının rəhbəri Kaya Kallas idi – deyirdi ki, bu məhz mənim səlahiyyətimə aid olan məsələdir və danışıqlarda məhz mən iştirak etməliyəm, çünki Putin məndən qorxur.

Nə Fransa, nə Almaniya, nə İtaliya, hətta Kallası bu vəzifəyə qoyduran Ursula onu ciddi siyasət adamı kimi qəbul etmir. Bunda görə də onun hamısı iddialarını qulaq ardına vurdu. Çoxlu başqa namizədlər irəli sürüldü…

Əlqərəz, Dublində yığışan Avropa liderləri Rusiya-ABŞ-Ukrayna danışıqlarında iştirak etmək üçün hamının qəbul etdiyi bir nümayəndə seçə bilmədilər. Axırda aşağıdakılardan ibarət 8 nəfərlik nümayəndə heyəti müəyyən etdilər.

Avropanın 5 aparıcı ölkəsinin nümayəndələri:

1. Almaniya (milli təhlükəsizlik üzrə müşavir)
3. Britaniya (milli təhlükəsizlik üzrə müşavir)
2. Fransa (milli təhlükəsizlik üzrə müşavir)
4. İtaliya (milli təhlükəsizlik üzrə müşavir)
5. Polşa (milli təhlükəsizlik üzrə müşavir)

Ümumavropa İnstitutlarının nümayəndələri:

6.  Avropa Komissiyası (nümayəndə)
7. Avropa Şurası (nümayəndə)
8.  NATO (nümayəndə)

Göründüyü kimi, 5 aparıcı ölkə Aİ, AK və NATO nümayəndələrinə öz nümayəndələrini öz nümayəndələrini qoşacaq. Bu nümayəndələri həmin ölkələrin prezidentləri təyin edəcək. Yəni aparıcı ölkələr Aİ və AK-nın onların maraqlarından çıxış edəcəklərinə etibar etmirlər.

Kallas isə heç 8-liyə də düşmədi.

Həm də 8 nəfərlik qrupdakıların hamısı nümayəndə statusundadır, yəni heç biri qrupun başçısı kimi təyin olunmayıb.

Beləliklə, Avropa danışıqlara bir qoşun adam göndərmək istəyir. Çünki hər nümayəndənin yanında onun ekspertləri gedəcək. Hərəsinə azı 3 ekspertdən hesablasaq, Avropa nümayəndə heyəti azı 32 nəfər olacaq.

Belə tərkiblə danışıqlarda nəyəsə nail olmaq mümkün deyil, o danışıqları yalnız mənasızlaşdıra bilər.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Pekində ikinci Yalta baş tutacaq?

redaktor

İstanbulda 2006-cı ildə itkin düşən iranlı general barədə yeni iddia: Mossad oğurlayıb öldürüb

admin

Trampın reytinqi donub: amerikalıların yalnız üçdə biri onu dəstəkləyir

redaktor