Almaniya, Avstriya, Niderland, Danimarka və Yunanıstan Avropada qanuni qalmaq hüququ olmayan şəxslər üçün Ruandada qəbul mərkəzi yaratmağı planlaşdırır.
Tacxeber.com “The Guardian”a istinadən xəbər verir ki, sınaq mərhələsində 2027-ci ilin əvvəlindən 100 nəfərin Ruandaya göndərilməsi nəzərdə tutulur. Plan sığınacaq müraciətləri rədd edilmiş və ölkədən çıxarılma qərarına qarşı şikayət imkanları tükənmiş yetkin şəxslərə aid olacaq. Müraciətinə baxılması davam edən sığınacaq axtaranlar bu sxemə daxil edilməyəcək.
Təşəbbüsün tərəfdarları bunun qanunsuz miqrasiyanı azaltmağa kömək edəcəyini bildirirlər. Hüquq müdafiəçiləri isə göndəriləcək şəxslərin təhlükəsizliyi və hüquqi müdafiəsi ilə bağlı narahatlıq ifadə edirlər.
DW-nin məlumatına görə, plan Almaniya hökumətində də fikir ayrılığı yaradıb. Hakim koalisiyanın tərəfdaşı Sosial Demokrat Partiyası təşəbbüsü tənqid edib. Mərkəzin yaradılması hələ plan mərhələsindədir.
