DünyaSiyasət

ABŞ Krım körpüsünün vurulmasına mane olmağa çalışıb

Krım körpüsünün vurulması əməliyyatda iştirak edən zabitlərdən biri “The Times” qəzetinə maraqlı açıqlama verib:

“Biz bunu Trump, Putin və Si Cinpinin görüşündən əvvəl simvolik jest kimi planlaşdırdıq ki, Putinin zəif olduğunu göstərək.”

Məlumata görə, bu uğurlu əməliyyat həm də Ukraynanın İlon Maskın “Starlink” və “Starshield” şəbəkələrindən artıq asılı olmadığını sübut edib. Kiyev ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərdən yan keçməyi bacarıb ki, bu da hərbi baxımdan böyük nailiyyətdir.
Ukraynalı hərbçi qeyd edib:
“Amerikalılar rabitəmizi paralizasiya etməyə çalışırdılar ki, belə əməliyyatlar keçirə bilməyək. Lakin bu missiya sübut etdi ki, biz öz rabitə kanallarımızı yarada bilərik. Tarixdə ilk dəfə olaraq raketlərə video siqnal ötürmək üçün dronlardan istifadə etdik və onlar məhz körpünün lazım olan nöqtələrinə dəydilər. Biz Starlink olmadan da belə əməliyyatlar keçirməyə qadir olduğumuzu göstərdik”.

Ukrayna hərbçilərinin məlumatına görə, hücum genişmiqyaslı və koordinasiyalı şəkildə həyata keçirilib:

Raket qoşunları;

“Madyarın quşları” kimi tanınan 7-ci Dərin Zərbələr Mərkəzinin elit operatorları;

Pilotsuz Sistemlər Qüvvələrinin 1-ci Xüsusi Əməliyyat Briqadası;

Təhlükəsizlik Xidməti (SBU), Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələr.
Bazar ertəsi gecə Ukrayna yüzlərlə dronla kütləvi zərbə endirərək Rusiya və işğal olunmuş ərazilər üzərindəki səmanı “bağlayıb”. Hücum Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərini sıradan çıxarıb, neft emalı zavodlarını hədəfə alıb və rusların önləyici raket ehtiyatlarını tükəndirməyə məcbur edib.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Millətlər Liqasında son tur: Norveçdən möhtəşəm dönüş, Portuqaliya qrup lideri oldu

admin

Beş Avropa ölkəsindən Ruanda planı: miqrantlar üçün mərkəz yaradılacaq

admin

Netanyahunun rəqiblərindən iddia: hakimiyyətdə qalmaq üçün İrana yeni hücum istəyir

admin