Siyasət

Parlament elə “danışmaqxana”dır!

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maraqlı dialoq yaşanıb. İclasda deputat Səyyad Aranla spiker Sahibə Qafarova arasında müzakirə müddəti ilə bağlı fikir mübadiləsi olub.

Səyyad Aran “Mənim haqqımı heç kim ala bilməz. Bəziləri deyir ki, beş dəqiqə, üç dəqiqə… Nə deyim, danışmaq istəmirsinizsə, danışmayın. Yaxud iki-üç dəqiqə danışın. Başqalarına da söz vermək lazımdır. Bu, Milli Məclisdir, danışmaqxanadır. Bir dəqiqə bitdi deyə sözü yarımçıq kəsmək düzgün deyil”, – deyib.

Sahibə Qafarova isə “İlk növbədə, bura danışmaqxana deyil! Parlament etikasına və leksikasına riayət etməyinizi xahiş edirəm”, – deyə cavab verib.

Açığı, mənim diqqətimi Sahibə xanımın dediyi “Bura danışmaqxana deyil!” ifadəsi çəkdi.

Məsələ ondadır ki, parlament sözü fransız mənşəli sözdür. Daha dəqiq desəm, sözün kökü qədim fransız dilindəki “parler” feilinə gedib çıxır.

Parler danışmaq, söhbət etmək deməkdir. Beləcə, söz müasir forması olan parlement şəklini alıb ki, bu da müzakirə, danışıq, fikir mübadiləsi və toplantı mənalarını ifadə edir.

Yəni parlament elə “danışmaqxana”dır!

 

Tacxeber.com

Oxşar xəbərlər

Deputatlarımız Rembo rolunda…

redaktor

ABŞ–Çin görüşü ərəfəsində çip gərginliyi: Vaşinqton məhdudiyyətləri sərtləşdirir

admin

Avropadan Moskvaya mesaj: əvvəl atəşkəs, sonra təhlükəsizlik danışıqları

admin