DünyaSiyasət

Bu, nəyin mesajıdır?

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Arazdəyən kəndində 2020-ci ilin 9 noyabrında vurulan Rusiyaya məxsus Mi-24 döyüş vertolyotunun heyət üzvlərinin xatirəsini yad ediblər. Tədbirində səfirlə yanaşı, 102-ci Rusiya hərbi bazası komandanlığının müavini Y.Poşenko, “Erebuni” aviabazasının komandiri A.Petrov, Rusiyanın Ermənistandakı FİN Sərhəd İdarəsinin rəisi V.Merkuryev, hərbi attaşelər A.Qoryaynov və R.Polyanovski, “Rossotrudniçestvoda”nın rəhbəri V.Fefilov, İrəvandakı “Moskva Evi”nin direktoru A.Melikyan, həmçinin ictimai dairələrin və həmvətnilər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Kopırkin çıxışında deyib:

“Məhz bu gün, 9 noyabr 2020-ci ildə liderlər tərəfindən üçtərəfli Bəyanat imzalandı. Rusiya və şəxsən Prezident V.Putin qanlı müharibəni dayandıran razılaşmaların əldə olunması üçün böyük səylər göstərdilər. Onların həyata keçirilməsi həm də rusiyalı sülhməramlıların həyatı bahasına ödəndi”.

Təbii ki, üçtərəfli bəyanatın ildönümündə həlak olan rusiyalı hərbçilərin xatirəsinin qabardılması Rusiya ictimaiyyətinə və Cənubi Qafqazdakı oyunçulara “Rusiyanın bölgədəki hərbi mövcudluğunun qiyməti qana başa gəlib” mesajını ötürür.
Ermənistanda Rusiyanın təsir imkanlarının zəiflədiyi iddialarının səsləndiyi bir dövrdə Moskva 102-ci hərbi baza və digər strukturlar vasitəsilə bölgədə hələ də möhkəm dayandığını göstərir.

Ziyarət həm də rəsmi İrəvana Rusiya-Ermənistan hərbi-siyasi əlaqələrinin “tarixi qan yaddaşı” üzərində qurulduğunu xatırladan siyasi jestdir.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Polşada hakimiyyət böhranı: Prezidentin ultimatumu sabah bitir

redaktor

Bu gün Mustafa Kamal Paşa Atatürkün anım günüdür

redaktor

Əbu-Dabidə Ukrayna danışıqları başlayır: Dönüş olmayacağının 5 səbəbi

admin