10 noyabr 1938-ci il, Türkiyə Respublikasının yaradıcısı və ilk prezidenti Mustafa Kamal Atatürk vəfat edir.
Dəfn mərasimi noyabrın 21-də keçirildi (əslində tam mənada dəfn deyildi, Etnoqrafiya muzeyinə köçürüldü). Dünyanın bir çox ölkələrindən nümayəndələrin iştirak etdiyi mərasimdə Böyük Britaniyanı feldmarşal Uilyam Birdvud təmsil edirdi.
Bu, onun Türkiyəyə ilk gəlişi deyildi. O, 1915-ci ildə Çanaqqala əməliyyatı zamanı ANZAC (Avstraliya və Yeni Zelandiya Ordu Korpusu) qüvvələrinə komandanlıq edirdi. Qarşısında isə əvvəlcə 19-cu diviziyaya, sonradan Anafartalar Qrupuna komandanlıq edən Mustafa Kamal vardı.
1938-ci ildə 73 yaşı olan Birdvud ayaq ağrılarından əziyyət çəkirdi və cənazənin qarşısından keçəcəyi Ankara Palas hotelinin eyvanında kresloda oturmuşdu. Cənazə yaxınlaşanda feldmarşal 23 il əvvəl məğlub olduğu sərkərdəyə hörmət əlaməti olaraq ayağa qalxıb hərbi salam verdi və uzaqlaşana qədər oturmadı.
