DünyaTexnologiya

ABŞ-ın bazar dəyərinə görə ikinci böyük şirkəti (4,5 trilyon $) NVIDIA ətrafında casus qalmaqalı yaşanır

Korporasiyanın həmtəsisçisi və CEO-su, Tayvan əsilli amerikalı Jensen Huang Sinqapurda bulud texnologiyaları və data mərkəzləri sahəsində fəaliyyət göstərən “Megaspeed” şirkətinin idarəçilərindən olan çinli Alis Huang ilə gizli münasibəti olduğunu etiraf edib. ABŞ xüsusi xidmətləri bu qadının Çin casusu olmasından şübhələnir. Onların gümanına görə, “Megaspeed” ABŞ-ın Çinə yüksək texnologiyalı yarımkeçiricilərin ixracatı ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri aşmaq üçün Çin tərəfindən istifadə edilib. Ötən müddətdə NVIDIA tərəfindən “Sinqapur şirkəti”nə və onun Malayziyadakı törəmə şirkətinə 4,8 milyard dollarlıq çip satılıb. Söhbət High-NA EUV texnologiyası ilə istehsal olunan H200 və Blackwell süni intellekt çiplərindən gedir. Çin hələ ki bu səviyyəli yarımkeçiricilər istehsal edə bilmir.

NVIDIA-nin bu vacib istehsal prosesindəki ortaqları Niderlandın ASML və Tayvanın TSMC şirkətləridir. ASML adı çəkilən süni intellekt çiplərini hazırlayan strateji əhəmiyyətli litoqrafiya cihazlarının dünyada yeganə istehsalçısıdır. ABŞ bu texnologiyanın Çinə ixracını qəti qadağan edib.

NVIDIA Jensen Huangla bağlı daxili araşdırmanın başlandığını açıqlayıb. Hələlik dövlət orqanları tərəfindən ona hər hansı ittiham irəli sürülməyib.

Məlumdur ki, dünya tarixində casusluq əməliyyatlarında qadınlardan istifadə olunması çox geniş yayılmış haldır. Müasir dövrdə texnoloji tərəqqi kəşfiyyatların işini xeyli asanlaşdırsa, da, insan faktoru öz əhəmiyyətini qoruyub saxlayır. Xüsusən çinlilərin bu sahədə çox zəngin təcrübəsi var. Qədim türklər – hun, göytürk və uyğur dövlətləri çinli şahzadə xanımlarla izdivacın fəsadlarını çox hiss edib. Çin sarayının “Heqin” strategiyasına uyğun olaraq türk xaqanları ilə nikaha girən çinli şahzadələrin dövlət idarəçiliyinə təsiri var idi, çünki onlar 1-ci xatun statusuna malik olurdu. Bu xatunların ya özü, ya da özləri ilə gətirdikləri xidmət personalının içindəki casuslar Çin maraqlarına uyğun fəaliyyət göstərir, türk dövlətini içəridən zəiflədirdilər. Göytürklərdə ölən xaqanın zövcəsinin kiçik qardaşa – yeni xaqana verilməsi adəti ona gətirib çıxarmışdı ki, çinli şahzadə Yi Cenq düz 4 xaqanın arvadı kimi 31 il 1-ci xanım olmuşdu. Göytürklərin parçalanmasında Çinin “Heqin” strategiyası da rol oynayıb.

Əgər Jensen Huang türk tarixini bir az bilsəydi, bəlkə də bu səhvi etməzdi… 🙂

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Polşada hakimiyyət böhranı: Prezidentin ultimatumu sabah bitir

redaktor

Bu gün Mustafa Kamal Paşa Atatürkün anım günüdür

redaktor

Əbu-Dabidə Ukrayna danışıqları başlayır: Dönüş olmayacağının 5 səbəbi

admin