DünyaMaraqlıTexnologiya

10 ildən sonra ən çox tələb görəcək peşələrdən biri açıqlandı

Kibertəhlükəsizlik və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssislər qarşıdakı 10 ildə ən çox tələb olunan peşə sahiblərindən olacaqlar.

Bu barədə Rusiya Hökuməti yanında Maliyyə Universitetinin dosenti İqor Balınin TASS-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, gələcəkdə aviasiya və maşınqayırma sahələri üzrə mühəndis və konstruktorlara, eləcə də yüksək ixtisaslı fəhlələrə tələbat artacaq. Xüsusilə tornaçı, çilingər, elektrik, qaynaqçı və frezerçi kimi peşələrin əhəmiyyətinin yüksələcəyi gözlənilir.

Bundan başqa, tibb, marketinq və maliyyə sektorları da əmək bazarında mühüm yer tutacaq. Dar ixtisaslı həkimlər, bazar tendensiyalarını operativ təhlil edə bilən strateji marketoloqlar, rəqəmsal biliklərə malik maliyyə mütəxəssisləri daha çox axtarılacaq.

Balınin hesab edir ki, gələcəyin əmək bazarında əsas üstünlüklərdən biri müxtəlif sahələr üzrə bilik və bacarıqları birləşdirə bilmək olacaq. İşəgötürənlər yalnız bir istiqamətdə ixtisaslaşan deyil, bir neçə fərqli kompetensiyaya sahib, əmək məhsuldarlığını artırmağı bacaran mütəxəssislərə üstünlük verəcəklər.

Ekspertin fikrincə, qarşıdakı illərdə iqtisadiyyatın müxtəlif sahələrində yüksək ixtisaslı kadrlara ehtiyac artacaq. Bu baxımdan, peşə seçimi zamanı həm texnoloji biliklərə, həm də əlavə bacarıqların inkişafına diqqət yetirmək vacib olacaq. (Valyuta.az)

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Zəfər qazanıldı, indi onu qorumalıyıq

redaktor

İsrail prezidenti İsaak Hersoq yeni hökuməti formalaşdırmaq səlahiyyətini müxalifət lideri Qadi Ayzenkota verib

redaktor

Ərdoğan Qarabağa gəlir: Bakı ilə Ankara arasında buzlar əriyəcəkmi?

redaktor