DünyaSiyasət

Tramp seçkiləri uduzdu… Sonrası isə, nə ola bilər?

ABŞ prezidenti D. Tramp və onun arxası olan Respublikaçılar partiyası aralıq adlı Parlament seçkilərini uduzdu. Özü də, çox böyük hesabla. Konqres, yəni parlament tamam əlindən çıxdı.

Gözlənilən idi. Fəaliyyətə yaxşı başlamışdı 2 il öncə, Tramp. Sonradan isə, yaşına, ya başına görəmi, bütün başlanğıclarını yarımçıq qoydu.
Misal Qəzza problemi, İranla müharibəni və ya Azərbaycan-Ermənistan sülhünü və s. buraxıb, qeyri-stabil, rabitəsiz daxili və xarici siyasətə baş vurdu. Bu yarımçıqlıq sindromu, ölkəsi və dünyada reytinqini aşağı saldı qeyri-ciddi kimi.

Trampı nə gözləyər?

Nə çətinlik gözləyərsə, öz ölkəsində gözləyər. Yanvar ayından, Parlament işə başlayandan, Tramp artıq, ona lazım olan qanunları həyata keçirə bilməyəcək Parlamentdə. Üstünlükdə olan Trampın rəqibləri demokratlar bu imkanı ona verməyəcəklər. Üstəlik ölkə büdcəsi və ən yüksək nazirlər, məmurların araşdırılma işləri üzərində ixtiyar sahibi olacaqlar, demokratlar. Hətta, prezident fəaliyyətini araşdırmaqda da. Bir sıra tibb, sosial, iqtisadi sahələrdə güzəştli qanunlarla xalqın içində hörmətə qalxacaqlar.

Nə qalır?

Qalır, Parlamentin Trampı impiçmenti, yəni ki prezidentlikdən kənarlaşdırması məsələsi. Bu hal çətin ki, baş tutsun. Bunun üçün, Konqress, yəni ki parlamentin hər iki palatasının 3-dən 2 çoxluğunun (azı 67%) səsi lazım olmalıdır. Bu dərəcədə üstünlük isə, demokratlarda yoxdur.

Demək belə. Hər dəfə Konqress Trampa əsla uyğunsuz qanun qəbul edəcək, Tramp da, öz veto hüququ ilə donduracaq. Və yenə də, yeni qanun, yeni veto, beləliklə ABŞ-ı sonrakı 2 ildə “hakimiyyətiçi dava” gözləyir. Amma, Trampın əleyhinə işləyəcək bu! İki il sonrakı prezident seçkisi üçün Konstitusiyada dəyişiklik etmək imkanı tam ümidsiz yön alır, bundan sonrası.

Tramp necə həll edə bilər, düşdüyü
durumu, reytinqini düzəltmək üçün?

Belə düşünürəm ki, bunun üçün, onun 2 yolu var, xalqın, seçicilərin gözündə yüksəlmə ilə:

1. Putinin Tramp hakimiyyətdə qalması üçün addımları. (ABŞ-a demokrat prezident gələrsə, Rusiya-Putin üçün yaxşı olmaz 100%). Bunun üçün, Putin Trampın adı, vasitəçiliyi altında öz, Ukrayna ambisiyasında xeyli dərəcə “güzəştə” gedib, Zelenski və Avropanı qane edən sülhə gəlir, içində Avropanın da təhlükəsizliyi olaraq. Trampın isə, bu sülh ilə reytinqi həm dünyada, həm də ki, öz ölkəsində xeyli qədər qalxa bilir.

Bu planla isə bağlı, ABŞ seçkilərinin 3 noyabr sonrası günü, Putin tez hərəkətə keçib. Və öz nümayəndəsi olan, məlum A. Dmitrov dərhal Vaşinqtona uçub və Putinin adından təkbətək Trampla danışıq aparıb, bir neçə saat. Nəticə belə olub ki, qanı qara Tramp birdən sevincək çıxıb və bəyan edib ki, möhtəşəm bir plan var, Ukrayna və Avropa üçün çox xeyirli, onu həll etməyə başlayacaqlar, yaxın günlərdə. Digər tərəfdən Kremlin adamları artıq Avropadadır, Ukrayna və Avropa nümayəndələrilə görüşür. Belə xəbərlər var ki, nəsə, “yeni” proses gedir.

2. Trampın ikinci çıxış yolu isə, ola bilsin ki, ABŞ-ın İranla tam hərbi güclə müharibəsidir. İran rejimini, nüvə təhlükəsi və demokratiya adla devirib, hakimiyyətini xalqa ötürüb, həm demokratik dünyada reytinqi qalxır. Həm də, İran neftini Venesueladakı kimi, öz əlinə alıb, dünyada neft böhranını və ABŞ-da yanacaq qiymətini aşağı salır. Seçicilərin qarşısında reytinqi qalxır. Bilərək ki, Amerika xalqı həm, praqmatik yönlü olaraq gəliri, pulu, yaşayışı, ucuzluğu sevəndir, həm də təbii, qalib lideri.

Hal-hazırda Tramp ətrafında görünən budur sensasiya olmasa, qarşıda görək nələr olur. Zelenski, Ukrayna, Avropa nə qərar verir və Putin, Rusiya Tramp üçün harayacan gedir? Tam aydındır ki, bu seçkilər çox şeyi dəyişə bilər, ABŞ-dan əlavə, dünyada, regionlarda.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

55 yaşlı tanınmış alman siyasətçisi Hubert Ayvanger noyabrın 4-də oteldə ölü tapıldı

redaktor

Kim İranın nüvə proqramı haqda bilir, 20 milyon qabağadır

redaktor

İnfantino planlarından imtina etdi. Niyə?

admin