ABŞ İranın nüvə proqramı barədə məlumat verən şəxslərə 20 milyon dollara qədər pul mükafatı ödəyəcək. Bu barədə ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafatlar” proqramının noyabrın 6-da yaydığı açıqlamada bildirilib. Vaşinqton İranın nüvə obyektləri, avadanlıqları və bu proqramda iştirak edən elm adamları da daxil olmaqla, müxtəlif şəxslər haqqında dəqiq məlumatlar əldə etməkdə maraqlıdır.
Bəs Tramp deyirdi, İranın nüvə proqramını tamamilə məhv etmişik?
İkincisi, ABŞ, İsrail, Britaniya və s. kəşfiyyatların lupa ilə axtardığı məxfi nüvə proqramı haqqında necə məlumat əldə etmək olar?
Lap tutaq ki, proqramda çalışan hansısa alim, professor gizli sənədləri ABŞ-yə ötürmək istəsin, bu demək olar, mümkün deyil…
Nə isə, qəribə vəziyyətdir.
