Bu gün Azərbaycanın enerji tarixində müstəsna əhəmiyyətə malik bir layihə (“Azəri-Çıraq-Günəşli” bloku) üzrə əlamətdar gündür. 7 noyabr 1997-ci ildə AÇG blokundan ilk neft hasilatına başlanılıb.
29 ildə AÇG-dən ümumilikdə 630 mln tondan çox neft (müqavilə imzalanan zaman hesab edilirdi ki, blokun ehtiyatları 511 mln tondur) və 256 mlrd kubmetrə yaxın səmt qazı çıxarəlıb ki, bunun da 63 mlrd kubmetrindən çoxu əmtəəlik qaza çevrilərək Azərbaycan tərəfinə təmənnasız təhvil verilib.
İlk hasilat “Çıraq” platformasından həyata keçirilib. AÇG blokunda hazırda istismarda olan 7 platforma içərisində “Çıraq” fiİki ölçülərinə və ərsəyə gəlməsi üzrə çəkilən kapital xərclərinə görə ən kiçiyidir. Amma bu platformanı çəkilən xərclər qarşılığında konsorsiuma gətirdiyi qazanca görə liderlər sırasına aid etmək olar.
Neft Araşdırmalsrı Mərkəzinin bp məlumatları əsasında apardığı hesablamalara görə, 29 il ərzində “Çıraq” platformasından 798 milyon bareldən bir qədər çox neft hasil edilib. Energetika nazirliyinin məlumatlatına görə, platformadan bu müddətdə həmçinin 25 milyard kubmetr səmt qazı hasil edilib.
Əgər hasilat müddəti dövründə neftin orta ixrac qiymətini təqribən $75/barel götürsək, onda “Çıraq” platforması təqribən $60 mlrd-a yaxın gəlir gətirib.
