İdman

“Qarabağ”ın futbolçusu Ukrayna millisinə çağırıldı

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinə dəvət alıb.

Ukrayna millisinin baş məşqçisi Andrea Maldera UEFA Millətlər Liqasının noyabrda keçiriləcək oyunları üçün heyəti açıqlayıb.

25 futbolçudan ibarət siyahıda Ağdam klubunun vingeri Aleksey Kaşuk da yer alıb.

Ukrayna millisi noyabrda Millətlər Liqasının əsas mərhələsində son iki oyununu Şimali İrlandiya və Gürcüstana qarşı keçirəcək. (QOL.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb

admin

“Sabah” və Azərbaycan millisinin müdafiəçisini türklər istəyir

admin

Yerlilər üçün Valdas Dambrauskas, Kurban Berdiyev nümunəsi

admin