14 C
Bakı
29 Oktyabr 2026 10:28
CəmiyyətGündəm

Azərbaycanda korrupsiya yoxdur!

Deputat Samir Vəliyevin sözlərinə görə, Azərbaycanda korrupsiya haqqında danışanlar ölkəmizin uğurlarına sevinməyənlərdir.

Tamamilə doğrudur! Azərbaycanda nə rüşvət var, nə korrupsiya, nə də məmur özbaşınalığı. Qurd quzu ilə otlayır, hər kəs halal zəhməti ilə dolanır. Məmurlarımız isə gecə-gündüz xalqın rifahını düşünürlər.

Kim bunun əksini deyirsə, deməli, ya radikal müxalifətçidir, ya da erməni lobbisinin təsirinə düşüb!

Heç Ramiz Mehdiyev də korrupsioner olmayıb. Azərbaycana namusla xidmət edib.

Bir balaca anlaşılmazlıq var: Transparency International təşkilatının 2025-ci il Korrupsiyanı Qavrama İndeksində Azərbaycan 182 ölkə arasında 130-cu yerdədir.

Görəsən, bu təşkilat da erməni lobbisinə işləyir?

Yoxsa Azərbaycanda korrupsiyanı görmək korrupsiyanın özündən daha böyük günahdır?

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Çarşab: Dinin hökmü, yoxsa sonradan yaranmış dəb?

redaktor

Cəmiyyəti ən çox məsuliyyətsiz ziyalılar yanıldır

redaktor

Ramiz Mehdiyevin minlərlə mənzili: Hamısı dövlətə qaytarılacaqmı?

redaktor