25 C
Bakı
14 Oktyabr 2026 12:33
DünyaMuharibəSiyasət

Son dərəcədə ağır gecə, Kiyevə rekord sayda “Sirkon” ballistik raketləri atıldı

Gecə boyu HHM sistemləri dayanmadan işləyirdi, dəqiq bilmirəm, amma çox güman ki, məhz ballistikaya qarşı İtaliya və Fransanın birgə istehsal etdiyi SAMP/T sistemləriydi. Binaları hələ demirəm, SAMP/T-nin raketlərindən torpağın özü belə silkələnirdi.

Tramp administrasiyasının göstərdiyi misilsiz alçaqlıq nəticəsində, bu gecə ABŞ-ın Ukraynaya ötürdüyü kəşfiyyat məlumatların mübadiləsi də məhdudlaşdırılmışdı və Starlinklərin işində problemlər var idi.

Ankoricdə Tramp və Putinin arasında razılaşması ondan ibarət idi ki, Tramp Ukraynaya silah yardımını dayandırmalıydı və Rusiya 3-6 ay ərzində Donetsk vilayətini işğal etməliydi. Bu plan iflasa uğradı və bu gün cəbhədə baş verənlər göz qabağındadır. İndi isə deyəsən Putin-Trampın “dizel razılaşmasının” quyruğu görünməyə başladı. Tramp Ukraynanı Rusiya zərbələrinin nəticəsində “kor” qoymaq istəyir…

Bütün bunlara rəğmən, ordu cəbhədə möhtəşəm perfomans göstərir və məhz bu perfomans Kremldə panika yaradıb.

Və əlbəttə ki, artıq Kiyev sakini olaraq HHM qüvvələrində xidmət edən, gecə-gündüz yatmayan və bizi qoruyan igidlərin qarşısında baş əyirəm.

Переможемо!

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Qardaşlıqdan danışırıqsa, faktları da unutmayaq

redaktor

Hicabdan xilafətə: Türkiyə–Azərbaycan qardaşlığını təhlükəyə atan çağırışlar

redaktor

Nursultan Nazarbayev: “Biz ərəb deyilik”

redaktor