Astara rayonunun Şiyəkəran kənd sakini 43 yaşlı Sadiq Əhədov təxminən 5 ildir ki, yataq xəstəsidir. “Xəzər”də yayımlanan reportajda pensiya üçün müraciət edildiyi, lakin cavab verilmədiyi deyilir.
Reportajdan sonra Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi açıqlama verib ki, vətəndaşın əlilliyinin qiymətləndirilməsi ilə bağlı heç vaxt müraciəti olmayıbmış. Amma nə hikmətdirsə, elə dünəndən vətəndaşa əlillik təyinatı verilib)
Məqsəd vətəndaşın problemini həll etmək yox, özlərini haqlı çıxarmaqdır. Bu adamlara başa salmaq lazımdır ki, adam niyə çıxıb efirdə desin ki, 5 aydır sənədləri vermişik, xəstəxanalara getmişik, amma baxan yoxdur? Kim edər bunu?
Siz aylardır həll edilməyən problemi bir neçə saata necə həll etdiniz?
