Bu barədə öz şəxsi müstəqil, fikirimi bildirim, amma dost-tanış Türkiyəli qardaşlar inciməsin.
Qardaş Türkiyənin mediası, sosial setlərindən sonra, hakimiyyət dairələri də, məlum “hicab məsələsi” ilə bağlı Azərbaycandakı proseslərə yumşaldıcı deyil, əksinə, qızışdırıcı, körükləyici müdaxilə edərək, təəccüb və təəssüf doğurur.
Bu barədə, sadəcə bir, etik misal göstərim…
Almaniyanın əhalisi və ərazisi elə Türkiyəninki qədərdir. Avstriyanın da əhalisi və ərazisi elə təxmini Azərbaycanın əhali və ərazisi qədərdir.
Almaniya və Avstriya eynilə almanca danışır. Türkiyə və Azərbaycan eynilə, türkcə danışır.
Almaniya-Avstriya və Türkiyə-Azərbaycan da eyni millət iki dövlətdirlər. Və çox yaxındırlar.
Almaniyaının məktəblərində hicab qadağası yoxdur. Avstriyanınkında hicab qadağası var.
Türkiyənin də məktəblərində hicab qadağası yoxdur. Azərbaycanın isə məktəblərində var.
Amma, fərq budur. Almaniya heç vaxt özünü böyük qardaş kimi aparıb da Avstriyanın daxili işinə qarışmır, qarışa bilməz ki, hicaba qadağa qoy ya qoyma. Bunu nəinki tələb, hətta xahişlə qeyri-etik sayıb, özünə alicənablı yaraşdırmaz.
