20 C
Bakı
10 Oktyabr 2026 15:51
Cəmiyyət

Pensiya kapitalın 5 faizi də belə gedir…

Pensiya qanunvericiliyinə təklif edilən yeni dəyişikliklərə əsasən, yanvarın 1-dən məcburi dövlət sosial sığorta haqqından vətəndaşın fərdi şəxsi hesabının sığorta (kapital) hissəsinə yönəldilən vəsaitin həcminin 90 faizdən 85 faizə endirilməsi nəzərdə tutulur.
Yəni işçinin ödədiyi sosial sığorta haqlarının artıq 90% hissəsi deyil, 85%-i fərdi pensiya kapitalına yazılacaq.

Rəsmi açıqlamaya görə, qalan 5 faizlik fərq hesabına sosial sığorta ehtiyatlarının və fondun dayanıqlığının artırılmasına şərait yaradılması hədəflənir. Eyni zamanda, sistemin idarəetmə xərclərinin yuxarı həddinin bir qədər artırılması da təkliflər sırasındadır.

DSK-nın məlumatına görə, 2026-cı ilin sentyabr ayında yaşa görə aylıq sosial müavinət alan şəxslərin sayı 179 525 nəfərə çatıb.
Bu, ölkə üzrə 65 yaşına çatmış vətəndaşların – hər üç nəfərdən birinin əmək pensiyası hüququ qazana bilmədiyini və dövlətin təqdim etdiyi baza sosial müavinətlə dolandığını göstərir.
Konstitusiya və qanunvericilik hər bir vətəndaşa qocalıqda sosial təminat hüququ versə də, “Əmək pensiyaları haqqında” Qanunun tələbləri hər kəsə bu hüququ reallaşdırmağa imkan vermir. 65 yaş həddinə çatan şəxsin əmək pensiyası ala bilməməsinin arxasında əsasən iki maneə dayanır:

Sığorta stajı tələbi: Son illərdə qanunvericilikdə tətbiq edilən sərtləşdirmələrə əsasən, pensiya hüququ qazanmaq üçün tələb olunan minimum sığorta stajı pilləli şəkildə artırılıb. Uzun illər qeyri-rəsmi işləyən, “müqaviləsiz” çalışan və ya evdar qadın statusunda olan şəxslər bu tələbi ödəyə bilmirlər.

Kapitalın çatışmazlığı: Fərdi şəxsi hesabın sığorta hissəsində toplanan vəsait qanunla müəyyən edilmiş minimal pensiya məbləğini təmin etməyə bəs etmədikdə, şəxs avtomatik olaraq əmək pensiyası hüququndan məhrum olur.
Deməli, camaat ölüm-zülm yığdığı pensiya kapitalının 5 fazini də buradan əlindən alırlar. Belə getsə, ölkədə əmək pensiyası alan qalmayacaq…

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor

Din – Siyasətdir…

redaktor