22 C
Bakı
09 Oktyabr 2026 21:57
DünyaSiyasət

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

Norveç Nobel Komitəsi 2026-cı il üçün Nobel Sülh Mükafatını “sülhün və beynəlxalq hüququn təşviqindəki səylərinə görə” Cənubi Afrikadan olan hüquq müfadiəçisi Navanethem Navi Pillaya verildiyini bəyan edib.

Komitə bildirib ki, Navi Pillay universal hüquq prinsiplərinə sadiqliyi və möhkəm mənəvi əqidəsi ilə uzunillik karyeraya malikdir. O, hökumət adamlarını və milli liderləri məsuliyyətə cəlb edib, zorakılıq və münaqişə qurbanlarına ümid verib. O, tutduğu bütün vəzifələrdə fərdlərin və dövlətlərin qanunun aliliyinə riayət etmək məsuliyyətini vurğulayıb.

85 yaşlı N.Pillay Cənubi Afrikanın Durban şəhərində, hindəsilli ailədə anadan olub, uşaqlıq və gənclik illəri ölkədə aparteid rejiminin hökm sürdüyü dövrə təsadüf edib. Bu rejim əhalini irqi mənsubiyyətinə görə ayırır, qaradərili insanları və digər irqi qrupları ayrı-seçkiliyə məruz qoyurdu.

Pillay Natal Universitetində təhsil alıb. 1963-cü ildə bakalavr, 1965-ci ildə hüquq bakalavrı dərəcəsi alıb. Sonralar ABŞ-da Harvard Universitetində təhsilini davam etdirərək 1982-ci ildə hüquq üzrə magistr, 1988-ci ildə isə hüquq elmləri doktoru dərəcəsinə yiyələnib.

O, hüquq sahəsini seçməklə yalnız peşəkar karyerasının əsasını qoymayıb, eyni zamanda Cənubi Afrikada siyasi və irqi ayrı-seçkiliklə üzləşən insanların müdafiəsinə qoşulub.
Beləliklə, Ruanda tribunalının prezidenti, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Ədalət uğrunda onilliklərin mübarizi olan N.Pillanın fəaliyyəti Nobel Sülh Mükafatı ilə ən yüksək səviyyədə tanınmış oldu..

 

Qulu Məhərrəmli

Tacxeber.com

Oxşar xəbərlər

Putin Moskvada eniş edə bilmir

redaktor

Din – Siyasətdir…

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor