18 C
Bakı
06 Oktyabr 2026 10:33
DünyaMuharibə

Yəməndə həlledici əməliyyat: Husilərə qarşı genişmiqyaslı hücum başladı

Yəmən hökumət ordusu İranın dəstəklədiyi husilərin nəzarətində olan bütün əraziləri geri qaytarmaq məqsədli genişmiqyaslı hücumlara  başladığını elan edib.

Hərbi qüvvələr, husilərə qarşı əməliyyatları planlayıb, “azadlıq döyüşü”nə və “çevrilişə son qoymaq” əməliyyatına başladıqlarını bildiriblər.

Açıqlamada qeyd olunub ki, kampaniyanın məqsədi dövlətə məxsus olan bütün əraziləri geri qaytarmaq və silahlı dəstələrin zorla ələ keçirdiyi bölgələrdə husiləri də məhv etməkdir

Ordu artıq, husi döyüşçüləri silahlarını yerə qoymağa çağırıb; həmçinin bildirilib ki, silahlı dəstələri tərk edib dövlətə təslim olanların sağ qalmasına qarantiya verir.

Qeyd edim ki, Yəmən hökumətinə dəstək verən Səudiyyəyə tam Ərəb Koalisiya dövlətləri, ABŞ, Britaniya, Fransa, Türkiyə və Pakistan hüsilərin ləğvi üçün konkret hərbi dəstəklərə başlayıblar.

İran Hüsiləri qızışdırıb ortaya atıb, Yəməni də qarışdırıb, üstəlik onları İslam beşiyi Səudiyyə üzərinə də göndərməkdə çox böyük səhv etdi və ona bu baha başa gələ bilər. Artıq böyük bir hərbi koalisiya yaranır, Hüsilərə və İrana qarşı.

 

İlqar  Altay

Tacxeber.com

Oxşar xəbərlər

Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”

admin

İranda iqtisadi iflas prosesi başlayıb – Neft naziri niyə istefa verib?

redaktor

Tehran Times, Türkiyə və Zəngəzur dəhlizi: əslində nə baş verir?

redaktor