İstiyirəm İcbari Tibbi sığortanl məhkəməyə verim…
Məhkəmədə hakim desə ki, bala sənin dərdin nədir?!
Deyəcəm sayın hakim bəy!! Elə düşünün ki, qüsurlu bir övladınız və ya nəvəniz dünyaya gəlib…Axtarıb araşdırmısız ki, Xəyal bala bu əməliyyatı edə bilir..Gəlmisiz yanıma…Məndən soruşursuz ki, ay bala işlər necə gedir…Mən də deyirəm ki, sayın hakim bəy, sənin 3 aylıq qüsurlu övıadını 3 saat ümumi narkoz altında əməliyyat edəcəm, icbari sığorta bu əməliyyata görə mənə 80 manat pul verəcək…
Sual verəcəm hakim bəyə. Hörmətli hakim bəy, əlini qoy vicdanına, lütfən vicdanın ilə cavab ver.. Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə, bu stresi yaşamaq mənə rəvamıdır?! Mən bu əziyyəti bu stressi 80 manata görə çəkməliyəmmi? Bu 3 saatlıq stressdən ötrü aneztezioloq 20 manat alacaq..Vicdanına and verirəm səni hakim dayı, anestezioloq 20 manatdan ötrü bu əziyyəti, bu öhdəçiliyi bu cavadehliyi götürməlidirmi? Bu uşağın başına bir iş gəlsə necə olacaq bizim aqibətimiz?!!
Deyəcəm hakim bəy, insanlara icbari tibbi sığortanın həkimlərə verdiyini, həkimləri istismar etdiyini anlata bilmirik…İnsanlar deyir bizə dəxli yoxdur, maaşımızdan tutulur…Müayinə talonuna 25 azn yazılır, xəstə elə bilir onu müayinə edən həkim 25 manat alır…Sayın hakim bəy!!! o talonda yazılan 25 manatın 1 manat 80 qəpiyi həkimə çatır….Və hamı da bizi daş qalaq edir…
Hakim bəy!!!Bir dəfə Təbib nümayəndəsi zəng elədi, dedi Doktor bir qüsurlu körpə var, ombudsman tapşırıb ki əməliyyat olunsun…Dedim ombudsmana deyin, əgər uşağın başına bir iş gəlsə, mənimlə prokurorun yanına girəcəksə götürüb əməliyyat edim..Sonra xəbər çıxmadı…..
Artıq həkimlər risk qrupu daşıyan xəstələri götürmür hakim bəy! Çünki qəpik quruşdan ötrü heçkim başının ağrımasını istəmir…Xəstəyə bir şey olsa o həkimi doğduğuna, həkim olmağına peşman edirlər…
Hörmətli hakim! Bir dəfə gecə 11də bir 9 aylıq uşağı xahiş minnət yalvar yaxardan sonra əməliyyata aldım, bəlkə səhərə saxlasam, başımdan etsəm səhərə sağ çıxmazdı…9 aylıq 400 crp, 29 leykositlə, 40 qızdırma ilə….Təsəvvür edə bilirsiniz? Uşağı gecə 11də əməliyyat etdim, sonra 15 gün hər gün sarğı etdim, hər gün irinini təmizlədim..İcbari tibbi sığorta o uşağa çəkdiyim, gecəmi gündüzümə qatdığım əziyyətimə görə mənə 32 manat pul verdi…
İndi siz deyin hakim bəy!!! Biz necə davranmalıyıq, başımızı aşağı salıb işimizimi görməliyik, rüşvətmi almalıyıq, rayondan gələn meyvəli çolpalı “korobka”yamı göz dikməliyik, yoxsa ölkədənmi getməliyik?
Ya da siz onlara deyin hakim bəy!! Deyin ki, bugün xalqın övladı xəstədirsə, sabah o xəstə sizin də evinizdə olacaq və o ağır xəstənizi əməliyyat edəcək həkim tapmayacaqsınız..
P.S: Bu mənim sizinlə xəyali dialoqum idi hakim bəy!! Nə mən onları məhkəməyə verəcəm, nə də onlar bizi haqqlı hesab edəcək….Bax beləcə yuvarlanıb gedəcəyik..
