Yəmən hökumət ordusu İranın dəstəklədiyi husilərin nəzarətində olan bütün əraziləri geri qaytarmaq məqsədli genişmiqyaslı hücumlara başladığını elan edib.
Hərbi qüvvələr, husilərə qarşı əməliyyatları planlayıb, “azadlıq döyüşü”nə və “çevrilişə son qoymaq” əməliyyatına başladıqlarını bildiriblər.
Açıqlamada qeyd olunub ki, kampaniyanın məqsədi dövlətə məxsus olan bütün əraziləri geri qaytarmaq və silahlı dəstələrin zorla ələ keçirdiyi bölgələrdə husiləri də məhv etməkdir
Ordu artıq, husi döyüşçüləri silahlarını yerə qoymağa çağırıb; həmçinin bildirilib ki, silahlı dəstələri tərk edib dövlətə təslim olanların sağ qalmasına qarantiya verir.
Qeyd edim ki, Yəmən hökumətinə dəstək verən Səudiyyəyə tam Ərəb Koalisiya dövlətləri, ABŞ, Britaniya, Fransa, Türkiyə və Pakistan hüsilərin ləğvi üçün konkret hərbi dəstəklərə başlayıblar.
İran Hüsiləri qızışdırıb ortaya atıb, Yəməni də qarışdırıb, üstəlik onları İslam beşiyi Səudiyyə üzərinə də göndərməkdə çox böyük səhv etdi və ona bu baha başa gələ bilər. Artıq böyük bir hərbi koalisiya yaranır, Hüsilərə və İrana qarşı.
