– Dünyada tam müstəqil, suveren, heç nədən və heç kimdən asılı olmayan dövlət varmı?
– Yoxdur. Bu mümkün də deyil, hətta ABŞ da öz tərəfdaşlarından, qonşularından, Çindən belə asılıdır. Rusiya Çindən, Hindistandan, hətta Şimali Koreyadan asılıdır, Çin ABŞ-dan, AB ölkələrindən asılıdır və s.
– Müstəqillik və suverenlik nədir?
– Öz dövlətinin və xalqının maraqlarına uyğun daxili və xarici siyasət aparmaq – bununla yanaşı müttəfiqlərin, qonşuların da ölkənin maraqlarına toxunmayan sahələrdə fikirlərini nəzrə almaq.
– Belə ölkələr varmı?
– Var. Azərbaycan da bu siyahıda yer almaq istəyir.
– Yaxşı, iqtisadi müstəqil dövlət ola bilərmi?
– Yox, bu praktiki olaraq mümkün deyil, hətta tarixdə heç vaxt mümkün olmayıb. İqtisadiyyat inteqrasiya olanda güclü olur, avtonom iqtisadi model mümkün deyil. Dövlətlər yaranana qədər heç qəbilələr belə avtonom olmayıb, onlar arasında da iqtisadi münasibətlər formalaşıb.
– İstənilən ölkə üçün xarici təhdidlər həmişə varmı?
– Bəli, var, olub-olacaq da və bu təhdidləri daxili güclü, dayanıqlı sistemlə yanaşı, həmişə işlək ittifaqlar neytrallaşdıra bilər.
– İstənilən ölkənin daxili işlərinə qarışmaq mümkündürmü, bunun qarşısını nə ala bilər?
– Mümkündür, amma, daxildə problemlər olmasa, xaricdən istəlilən formada (informativ, iqtisadi, siyasi, hərbi) müdaxilə, effekt verə bilməz. Deməli, xarici müdaxilələrin qarşısında dura biləcək ən böyük sədd, daxildəki sosial rifah, iqtisadi inkişaf və hüquqların qorunması ola bilər.
– Milli maraqlar necə müyyən edilir?
– Əsasən, konsensusla, və ya, çoxluğun gəldiyi nəticəni, azlağın hüquqlarını tapdamadan həyata keçirməklə – bunun da yolu, seçki və ciddi müzakirə institudur.
– Milli maraqlarla yanaşı sosial qrupların da maraqları önəmlidirmi?
– Bəli, bunun da qorunması siyasi partiyaların daxili sosial-iqtisadi maraq qruplarına xidmət edəcək şəkildə ideoloji təməldə formalaşmasıdır. Yəni, sol, sağ, millətçi, mərkəz, ekoloji, və s. ideoloji təməllərə söykənən partiyalar, öz ətrafında sosial qrupları birləşdirə, onlar arasında mədəni-siyasi rəqabəti təşkil edə bilər.
– Yaxşı, bəs əhalinin böyük əksəriyyətinin eyni maraqları ola bilərmi?
– Bəli, təbii ki, bu müstəqillik, torpaq bütünlüyü, suverenlik, dünyəvilik, bayraq və s. kimi məsələlər ola bilər. Yəni, ölkənin 90% əhalisini bu dəyərlər birləşdirə, milli maraqlar kimi qarvana bilər.
– Xarici siyasətin tək təməl prinsipi olsa, onu necə ifadə etmək olar?
– Çətin sualdır, amma, bir cümlə, bir tezislə ifadə etmək istəsək, bu da heç bir halda, heç bir dövlətə qarşı “anti” olmamaqdır, “pro” situasiyaya görə olmaq olar, amma, “anti” olmaq effektiv olmaz və xarici siyasət səbr tələb edir, emosiyalara yer olmamalıdır.
