15 C
Bakı
03 Oktyabr 2026 20:09
DünyaSiyasət

Zelenskinin açıqlaması Seulla gərginlik yaratdı: Cənubi Koreya “əlavə addımlar”la hədələdi

BMT Baş Assambleyasındakı çıxışında Zelenski dedi ki, Kiyev 2 Şimali Koreya hərbi əsirini Seula təhvil verib. Bundan sonra baş verənləri Cənubi Koreyanın prezidenti Li Çje Myonq 2 sentyabr bəyanatında tam ifadə edib:

“Ukrayna tərəfi bu məsələnin məxfi saxlanılmasını istədi və buna görə də biz bunu açıqlamamağa razılaşdıq. Lakin Ukrayna bu məlumatı birtərəfli şəkildə açıqladı. Mən məyusluğumu ən hörmətli şəkildə ifadə etdiyim zaman Ukrayna belə bir razılaşmanın olmadığını iddia etdi və bununla da məni yalançı kimi təqdim etdi. Biz razılaşmanın olduğunu etiraf etməyi və üzr istənməyi tələb etdikdə Ukrayna Şimali Koreya və Cənubi Koreya arasında mümkün hərbi münaqişə barədə danışmağı seçdi. Biz Ukraynanın Koreya yarımadasında müharibəyə təhriketməyə davranışından dərin narahatlığımızı bildiririk. Əgər o, faktları etiraf etməkdən və açıq şəkildə üzr istəməkdən imtina etməyə davam edərsə, biz əlavə addımlar atacağıq. Bu Cənubi Koreya vətəndaşlarının və ölkənin özünün şərəf məsələsidir və biz buna göz yuma bilmərik.”

Myonqun sözlərindən belə çıxır ki, Ukrayna iki Koreya arasında yenidən müharibə başlanmasına çalışır.

Əslində bu Ukrayna üçün ənənəvi siyasətdir. Kaçinski Polşa ilə bağlı da eyni siyasətin aparıldığı barədə yazmışdı: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4498151663834243

Slovakiyanın baş naziri Robert Fiko daim Ukraynanın təhriklərinə etiraz edir və ölkəsinin Ukrayna-Rusiya müharibəsinə qarışmayacağını bildirir.

Macarıstan da Slovakiya ilə eyni mövqedədir. Zelenskinin nifrət etdiyi Viktor Orban getdi, yerinə Peter Madyar gəldi, amma ölkələr arası münasibətlər əvvəlki kimi qaldı. Keçən həftə isə Madyar Ukraynanın onun ölkəsini Rusiya ilə müharibəyə təhrik etməsinə qarşı kəskin ifadələr işlətmiş və onun razılığı olmadan planlaşdırılan işləri qadağan etmişdi.

Məsələ burasındadır ki, HHM sistemi çökdükcə Ukrayna hərbi zavodlarını müdafiə edə bilmir. Buna görə o zavodları ölkənin qərb zonasına köçürməyə başlayıb. Lakin bu zaman o çalışır ki, zavodlar Ukrayna ilə qonşu ölkələrin sərhədlərinə lap yaxın ərazilərdə quraşdırılsınlar. Məqsəd budur ki, Rusiya zavodlara zərbə endirərkən hədəfdən azca yayınan raket qonşu ölkə ərazisinə düşsün… sonrası isə təbliğat məsələsidir. Zavodlar qonşu ölkə ərazisinə köçürülərkən də Ukrayna eyni taktikadan istifadə etməyə çalışır.

Aydındır ki, Zelenski C.Koreyadan üzr istəməyəcək. Üzr istəmək ukraynalı Çörçilə yaraşmaz. Onda görək C.Koreyanın “əlavə addımları” nədən ibarət olacaq.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Putinin “Valday” mesajı: Müharibə davam edəcək, dəhliz isə İrandan asılıdır

redaktor

Azərbaycan və Türkiyə: mübahisə ola bilər, düşmənçilik yox

redaktor

Ruslar Kiyevdəki Şimal Körpüsünə hücum edərək nəqliyyatın hərəkətini dayandırdılar

redaktor