15 C
Bakı
03 Oktyabr 2026 13:15
DünyaSiyasət

Azərbaycan və Türkiyə: mübahisə ola bilər, düşmənçilik yox

Türkiyə ilə Azərbaycan arasında yaşanan bu günkü biabırçılıq Almaniya–Avstriya, Niderland–Belçika, Norveç–İsveç kimi dost ölkələr arasında heç zaman olmaz.

Çünki intellekt səviyyəsi yüksək olan cəmiyyətlər hər siyasi mübahisəyə emosional qoşulmur, kənardan gələn provokasiyaları asanlıqla bloklayır.

Tramp Kanadanın ABŞ-a birləşdirilməsindən dəfələrlə danışdı. Amma bu məsələ siyasətçilər arasında polemika olaraq qaldı. Amerika və kanadalılar sosial şəbəkələrdə kütləvi şəkildə bir-birini söyməyə başlamadı.

Azərbaycan müstəqil dövlətdir, öz siyasi xəttini seçmək haqqı var. Hansı məsələdə Türkiyə ilə razılaşıb-razılaşmaması da Azərbaycanın öz işidir. Bütün mövzularda haqqlıdır.

Amma Türkiyə 2 ay sərhədini bağlasa, Azərbaycan ya çox ağır iqtisadi vəziyyətə düşər, ya da çıxış yolu axtararkən Rusiyanın Belarusuna çevrilmək məcburiyyətində qala bilər.

Fəxr etdiyiniz qaz, neft, tranzit yüklər və Avropaya çıxışın tamamında Türkiyənin rolu var. Türkiyənin alternativləri çoxdur, Azərbaycanın isə Türkiyə qədər həyati əhəmiyyətli alternativi yoxdur.

Üstünə, Türkiyədə çörək qazanan, işləyən, biznes quran və təhsil alan azərbaycanlıları da gəlin.

Siyasətçilər dalaşa bilər. Dövlətlər arasında fikir ayrılığı da ola bilər. Amma buna görə iki xalqın bir-birinə düşmən kəsilməsi sadəcə axmaqlıqdır.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Ruslar Kiyevdəki Şimal Körpüsünə hücum edərək nəqliyyatın hərəkətini dayandırdılar

redaktor

NATO Fransadan Azərbaycanla əməkdaşlığa qoyulan blokadanı aradan qaldırmağı tələb etdi

redaktor

Əliyev: Necə deyərlər, hər kəsin arxasında “böyük əmi” var

redaktor