“Channel 12”-nin məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, Dubaydan Təl-Əvivə uçan və Səudiyyə Ərəbistanına yönləndirilən “Flydubai” aviaşirkətinin reysi ilə bağlı vəziyyət nəzarət altındadır.
Baş nazirin ofisi bildirib ki, İsrail hakimiyyəti sərnişinlərin ölkəyə təhlükəsiz qayıtmasını təmin etmək üçün tədbirlər görür. “Hadisə nəzarət altındadır və hazırda İsrail sərnişinlərinin İsrailə təhlükəsiz qayıtmasını təmin etmək üçün bütün tədbirlər görülür”, – Netanyahunun ofisi açıqlamasında bildirib.
30 sentyabr səhəri Flydubai reysi 7700 siqnalını, ardınca isə mümkün qaçırma halında istifadə edilən 7500 kodunu ötürdü. Ekipajla əlaqə kəsildi, lakin bir neçə dəqiqə ərzində bərpa edildi.
Təyyarə Təl-Əvivə yaxınlaşmazdan əvvəl qəfildən istiqamətini dəyişdi və şəhərdən yola düşməyə başladı. Təyyarə Səudiyyə Ərəbistanına istiqamətləndirildi və Bakı vaxtı ilə saat 11:00 radələrində eniş etdi. Təyyarəni əvvəlcə İsrail qırıcı təyyarələri, daha sonra isə Səudiyyə Ərəbistanının qırıcı təyyarələri müşayiət etdi.
Televiziya kanalının məlumatına görə, pilotlar arasında mübahisə yaranıb və bu mübahisə davaya çevrilib və nəticədə 7700 kodunun aktivləşməsinə səbəb olub. Aviaşirkət mübahisəni təsdiqləyib və münaqişənin onlardan biri huşunu itirənə qədər davam etdiyini qeyd edib.
Kanal 12-nin məlumatına görə, pilotlardan biri rus, digəri isə ukraynalıdır.
