Dubaydan Təl-Əvivə uçan FlyDubai Boeing 737 təyyarəsi, 7700 kodlu və ardınca isə, qaçırma halları istifadə edilən 7500 kodlu xüsusi siqnal göndərib. Məlumata görə, heyətlə əlaqə kəsilib.
Uçuş Təl-Əviv yaxınlığındakı Ben Gurion Hava Limanına gedirdi. Təyyarədə 27 uşaq da daxil, 174 sərnişin var idi. Təl-Əvivə yaxınlaşmadan əvvəl təyyarə qəfildən istiqamətini dəyişib və şəhərdən uzaqlaşmağa başlayıb. “The Times” qəzeti məlumatına görə, İsrail qırıcı təyyarələri təyyarəni tutub endirmək üçün havaya qalxıb.
Lakin, qısa müddət sonra təyyarənin Səudiyyə Ərəbistanına, Şahzadə Sultan hava limanına təcili fövqəladə eniş etdiyi haqda məlum olub.
Nə baş verib?
Sən demə, həyəcan siqnalı Rusiya və Ukrayna əsilli pilotlar arasında kabinədə əlbəyaxa dava səbəbindən baş verib. FlyDubai belə bildirib ki, təyyarədəki münaqişə onlardan birisi huşunu itirənə qədər kabinədə davam edib. Məlumata görə, pilotlardan birinin təyyarəni qəsdən yerə aşırtmaq cəhdi etməsi və ikinci pilotun və xeyli sərnişinlərinin ona mane olma faktı araşdırılır.
Hansı pilot olar görəsən, Debay-Tel-Eviv uçuşlu təyyarəni qəzaya uğratmaq terror cəhdini edən, Rusiya ya, Ukrayna əsilli pilot? Və bu iki millətin ölkələri arasında ölüm-durum savaşının getdiyi halda bu pilotların eyni bir uçuşu eyni kabinədə iradə etməsinə necə imkan verilmiş? Qəribədir.
