Rusiya-Ukrayna savaşının 4 il 7 ayı tamamında artıq, demək olar ki, əsl bərabər imkanlı ordular müharibəsi gedir. Müharibənin ən əvvəli Rusiya quru qoşunları hazırlıqlı, say, silah və təminatla üstün idi. Ukrayna ordusu öz əziyyəti və Qərbin də dəstəyi ilə bu çatışmazlıqlarını tam düzəltdi.
Sonra ruslar İran “”Şahedləri” hesabına dronda üstün oldu, Ukraynaya xeyli itki, zərər vurdular. Sonra Ukrayna dərin məsələsini də düzəldi və hətta, bu sahədə Rusiyanin üstələdi də. Qaldı, Rusiyanın ballistik raketlər üstünlüyü. Bu işdə də Rusiya xeyli zərbələr endirdi Ukraynaya və artıq Ukrayna özü də ballistik raketlər istehsal edir və Rusiya içərilərində şiddətli bombalayır.
Bu saatkı vəziyyət elədir ki, Rusiya Ukraynaya nə qədər zərbə vurursa, Ukrayna da Rusiyaya adekvat olaraq, o dərəcə sarsıdıcı zərbə vurur. Və artıq, payızda Ukrayna quru hücumları edir.
İndiki konkret son durum.
İki gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusu Donetsk bölgəsində əks-hücum əməliyyatları zamanı beş yaşayış məntəqəsini azad edib, həm 250-dən çox rus hərbçisini əsir götürüb. 1500-2000 rus hərbçisi məhv edilib.
Hazırda Ukrayna qüvvələri “Vivaldi” əməliyyatı çərçivəsində şimali Donetsk bölgəsində daha irəliləməkdə davam edir. Son bir həftə ərzində Müdafiə Qüvvələri xeyli yaşayış məntəqələrini təmizləyib və əldə saxlayır. Ukrayna qüvvələri Liman ərazisində düşmənin müdafiəsini qırıb.
Təbii, Rusiya tərəfin də döyüşü səngimir, xeyli cəhdlər göstərir ki, heç olmasa nümayiş üçün müəyyən ərazilər əldə etsin. Bəzi istiqamətdə irəliləyişlərin də var. Ancaq, bu tam aydındır ki, Kremlin Ukraynanı Kiyevlə bərabər ələ keçirmə planı alınmadı. Kremlin qış savaşına hazlrlığı, bütün gücü ilə məncə son cəhdidir. Bu cəhd də alınmasza, yazda yəqin ki, sülhə gedər Putin.
Şəkildə əsir düşmüş 250 rus əsgər zabiti.

