23 C
Bakı
27 Sentyabr 2026 19:29
DünyaSiyasət

Tarix şahiddir: Azərbaycan hər zaman Türkiyənin yanında olub

Türkiyədə zəlzələ olanda Azərbaycan qan ağlayırdı. Hər bir kəsin evində göz yaşları ilə zəlzələ qurbanları üçün son corabı belə qoyan ailələrin bir duası var idi. Allah Türkiyəni qoru.

Çox tarixə getmirəm. Yaxın tarixdən misal çəkirəm..

Türkiyə istiqlal müharibəsində qalib çıxsın deyə Azərbaycan xalqı 1.5 milyon frank pul yığımış idi, Azərbaycan Cümhuriyyəti də 1.5 milyon frank ayırmışdı. Cümhuriyyət ordusunun silahları və əsgərləri Türkiyənin azadlıq mübarizəsində yanında idi. Çanaqqala savaşı bizim ümumi türk davasına çevrilmiş idi. Gizli gizli Azərbaycanın hər tərəfindən, Güneydən, Dağıstan, Borçalı, Qərbi Azərbaycandan könüllülər ora gedirdi.

Sonra.. Nərmanovun Atatürkə yardımı və “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar” sözləri…..

Əvəzində: Boratlan hadisəsi ilə üz üzə qaldıq. Bunu Türkiyə müharibəyə getməsin deyə öz canımızı qurban etdik. Rəsulzadə və aydınladımız Türkiyədən qovuldu. Susduq..

Sonra. Helikopter istəyi, Turqut Ozalın “Azərbaycan şiə ölkəsidir, ora niyə yardım edəlim” sözləri bizi yıxdı, ardınca Xocalı, ardınca işğal baş verdi.

Susduq. Siyasətdir deyib göz yaşlarımız içində Türkiyə qardaşıdır dedik

Bursa. Azərbaycan bayraqları zibil qabına atıldı, ardınca Azərbaycan xilasediciləri yanan evdən Türkiyə bayrağı yanmasın deyə canlarını oda atdılar. Göz bəbəyi kimi də bu gün Türkiyə bayrağını qucaqlayıb öpürük.

İran Türkiyəyə raket adamda hamılıqla İran qarşı çıxdıq. İsrail “İrandan sonra növbə Türkiyədir ” deyəndə İsrailə qarşı çıxdıq. Sən kimsən Türkiyəmizə söz deyirsən dedik

Türkiyə klubları, aslanları meydanlarda qələbə qazananda hər yerdə Türkiyə bayrağı qaldırıb sevincləri sevincimizdir dedik..

Türkiyə bizə Bayraqdar verib deyə sevindik, əvəzində neçə hektar torpaqlar Bayraqdara verib evlər tik, pul qazan dedik. Qarşılıqsız heç bir şey Türkiyədən istəmədik. Nə etdilər üç qat əvəzini aldılar. Bu gün təkcə BTC, neft, qaz kəmərləri və ardınca olacaq Zəngəzur dəhlizi Türkiyə olmasa olmayacaq dedik.

Xatırladım tarixi. Azərbaycan Cümhuriyyət olanda Osmanlı Türkiyəsi bizə 1.5 milyon pul ayırdı. Əvəzində Bakıda olan bütün neft daşıyan tankerləri, qatarları və avadanlıqları apardılar. Sonda…bizə cəmi 50 min pul heç çatmadı.

Nəisə. Dərinliklərdə üzsəm çox balıqlar üzə çıxacaq. Susuram. Lakin Türkiyə bizimdir. Yenə də bizim olacaq. Bizim deyəndə sevdiyimiz dövlətdir. Çünki oranı quranlar da bizdən gedən Oğuzlar, Kayı boyudur.

Türk sultanlarının sümüyü Türk kimliyinə, südü isə xarici qadınlara bağlıdır. Çox heyf hər zaman biz sümüyə söykənib addım atdıq, onlarsa südə meyilləndi.

Bu da keçər. Sözlər isə yara kimi qalar.

 

Zaur Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Emosiya yox, faktlar: Türkiyə qardaşlarımıza izah

redaktor

Azərbaycanın müstəqil xarici siyasəti müzakirə mövzusu deyil, dövlət marağının tələbidir

redaktor

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor