Körfəz ölkələri Tramp, onun ailəsi və administrasiyası ilə bağlı iddia edilən sövdələşmələrlə bağlı Demokrat Konqres araşdırmalarına hazırlaşır.
Demokratlar artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə araşdırmaların başlayacağı barədə xəbərdarlıq ediblər.
Araşdırmaların daşınmaz əmlak sövdələşmələri, maliyyə investisiyaları və digər əməliyyatlar, o cümlədən Qətərin 400 milyon dollar dəyərində dəbdəbəli təyyarə hədiyyə etməsi məsələləri üzərində cəmlənəcəyi gözlənilir.
Məlumatlara görə, Demokrat qanunvericilər xəbərdarlıq ediblər ki, tələblərə əməl olunmaması Vaşinqtonla münasibətləri təhlükə altına ata bilər. Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin səfirlikləri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Fars körfəzi ölkələrinin hökumətləri öz sövdələşmələrinin tam şəffaf olduğunu bildirərək, administrasiyanın rəğbətini qazanmağa çalışdıqları barədə iddiaları rədd ediblər.
(Azadlıq Qəzeti)
