Dünya

Gürcüstan-Rusiya sərhədi bağlandı – Nə baş verir?

Gürcüstan-Rusiya sərhədindəki “Dəryal” (Kazbegi – Yuxarı Lars) gömrük-buraxılış məntəqəsində təbii fəlakətlərin erkən xəbərdarlığı üzrə avtomatik sistem aktivləşib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Təhlükəsizlik qaydalarına əsasən, sərhəd-keçid məntəqəsindən vətəndaşlar, eləcə də bütün işçi heyəti – patrul və sərhəd polisi işçiləri, gömrük əməkdaşları, özəl müəssisələrin nümayəndələri təxliyə olunublar.

Profilaktik tədbir kimi, sərhədyanı Qveleti kəndi ərazisində bütün növ nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq məhdudlaşdırılıb. Hazırda sensorların hansı səbəbdən aktivləşdiyi bilinmir.

Nazirlikdən qeyd edilib ki, Devdoraki dərəsində yerləşdirilmiş bu sistem çay yatağındakı suyun səviyyəsində və axınında baş verən ən xırda dəyişikliklərə belə həssaslıq göstərir.

Devdoraki dərəsindəki həyəcan siqnalı ilə əlaqədar sonuncu dəfə təxliyə prosesi 26 avqust 2026-cı il tarixində olub. Həmin vaxt sel və daşqın ehtimalları öz təsdiqini tapmamış, sərhəd-keçid məntəqəsi isə bir neçə saat sonra adi qaydada fəaliyyətini bərpa etmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Polşada hakimiyyət böhranı: Prezidentin ultimatumu sabah bitir

redaktor

Bu gün Mustafa Kamal Paşa Atatürkün anım günüdür

redaktor

Əbu-Dabidə Ukrayna danışıqları başlayır: Dönüş olmayacağının 5 səbəbi

admin