Cəmiyyət

Deputatların və dövlət qulluqçularının pensiya sistemi dəyişir

Milli Məclisdə pensiya qanunvericiliyinə ciddi dəyişikliklər nəzərdə tutan yeni qanun layihəsi təqdim olunub. Dəyişikliklər deputatlar, diplomatlar, MSK, Hesablama Palatası üzvləri, Ombudsman və digər dövlət qulluqçularını əhatə edir.

Bəs mahiyyətcə nə dəyişir?

1. Əməkhaqqı ilə pensiya arasındakı zəncirvari əlaqə qırılır
Mövcud sistemdə fəaliyyətdə olan deputatın və ya dövlət qulluqçusunun maaşı qaldırılan kimi, pensiyada olan keçmiş deputat və vəzifəlilərin də pensiyası avtomatik artırdı. Yeni layihə ilə bu bağ tamamilə ləğv edilir.

2. Bütün pensiyalar fərdi kapitala keçir
Bundan sonra xüsusi statuslu şəxslərin də pensiyası sıravi vətəndaşlarda olduğu kimi, işlədikləri dövrdə fərdi hesablarında toplanan pensiya kapitalı əsasında hesablanacaq.

3. Staj faizi yerinə konkret vəzifə əlavəsi
Qulluq stajına görə faizlə verilən əlavələr ləğv edilir. Bunun əvəzinə tutulan vəzifə təsnifatına uyğun olaraq sabit aylıq pensiya əlavəsi ödəniləcək.

4. Deputatların pensiyası kəskin azalacaqıı?
Xeyr, onlar yüksək maaş aldıqları üçün fərdi hesablarındakı kapital və tətbiq olunacaq vəzifə əlavəsi hesabına gələcəkdə də yüksək pensiya alacaqlar. Lakin onların pensiyalarının fəaliyyətdə olanların maaş artımına uyğun olaraq “sərhədsiz şişməsi” və büdcəyə nəzarətsiz yük olması əngəllənəcək.

5. Sənəd toplamağa son
Müraciətlər tam elektronlaşdırılır — pensiyalar proaktiv (avtomatik) qaydada, heç bir idarəyə getmədən təyin olunacaq.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Vətəndaşa yarış yox, normal yaşayış formulu lazımdır

redaktor

Nəqliyyat islahatı, yoxsa idarəçilik böhranı?

redaktor

Dünyəvilik və Hicab !

redaktor