Dünya

Almaniya nümunəsi: inkişaf paytaxtdan başlamır

Almaniyanın 83 milyon nəfər əhalisi var. Üç ən böyük şəhəri Berlin, Hamburq və Münhendır.

Ümumi ölkə əhalisinə görə bu şəhərlərin payı belədir:

Berlin 3,9 milyon – 4,6%
Hamburq 1,8 milyon – 2,2%
Münhen 1,6 milyon – 1,9%

Ərazisi də çox nəhəng deyil, 357 min km²-dir. Azərbaycandan əhali sayı ilə 8 dəfə, ərazisi ilə 4 dəfə böyükdür. Yəni əhali sıxlığı bizdən təxminən 2 dəfə çoxdur.

Amma Azərbaycandakı basabas, tıxac, dar küçələr Almaniyada yoxdur. Çünki rəqəmlərə baxsaq, əhalinin uzağı 5 faizi paytaxtdadır, qalanı şəhər, rayon, qəsəbə və kəndlərə paylanıb.

İnfrastruktur hər yerdə eyni diqqətdədir. Meşənin ortasındakı kəndə get, orada da kanalizasiya, internet, yaxşı yol, daimi işıq və su var. Zavodlar, fabriklər, universitetlər, xəstəxanalar da əyalətlər arasında daha bərabər bölünüb. Ona görə iş, təhsil, tibb və müasir həyat üçün xalq kütləvi şəkildə mərkəzi şəhərlərə qaçmır.

Klub, hamam, masaj, hovuz, böyük market şəbəkələri də kənddə və rayonlarda yaşayan almanlar üçün əlçatan məsafədədir.

Bakıda daimi qeydiyyatda Azərbaycan əhalisinin 23%-i yaşayır. Qaçqın, köçkün, rayonlu tələbə və işçilər sayılmır. Rayonu qoyaq qırağa Bakının ətraf qəsəbələrinə girirsən yolları bərbaddır, iş yoxdur, market azdır, parkları kasıbdır və s.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Mülki yəhudini qətlə yetirən terrorçu xəstəxanada rahat müalicə alır

redaktor

Trampın Pezeşkiyanla görüş təklifindən sonra iranda radikal qanad hərəkətə keçdi

redaktor

Rəsmi ölü siyahısında 259 min nəfər var…

redaktor