DünyaHadisə

ABŞ-da prezidentə qarşı media boykotu

CNN, MS NOW və “Politico”nun jurnalistlərinin Ağ Evə buraxılmaması barədə Trampın qərarından sonra ABŞ-ın digər media nəhəngləri həmkarlarına dəstək verib.

Bu gün ölkənin 5 böyük yayım şəbəkəsi – CNN, ABC, CBS, NBC və Fox News prezidentin çıxışlarının canlı verildiyi “hovuz” (pool) yayınlarını dayandırmaq barədə qərar qəbul ediblər. (ABŞ-dakı və dünyadakı digər media orqanları Trampın çıxışlarını məhz bu hovuzdan götürür).

Adı çəkilən şəbəkələrin bəyanatında bildirilir ki, hakimiyyətin fəaliyyəti haqqında ictimaiyyətin dəqiq və müstəqil məlumat ala bilməsi həyati maraqdır və heç bir administrasiya buna mane olmamalıdır.

Respublikaçılara yaxın mühafizəkar Fox TV-nin qadağaya məruz qalmış liberal media orqanlarına dəstək verərək Trampa qarşı boykota qoşulması xüsusilə diqqətəlayiq hadisədir. Bu həmrəylik onun təsdiqidir ki, ideoloji yönümündən asılı olmayaraq bütün ənənəvi ABŞ mediası söz və mətbuat azadlığının ortaq dəyər olduğunu və bu dəyərlərin qorunmasının həyati əhəmiyyətini çox yaxşı dərk edir. Bu fundamental hüquqlar ölkə Konstitusiyasına 1-ci Düzəlişdə (1791-ci il) əksini tapıb.

 

Çahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Polşada hakimiyyət böhranı: Prezidentin ultimatumu sabah bitir

redaktor

Bu gün Mustafa Kamal Paşa Atatürkün anım günüdür

redaktor

Əbu-Dabidə Ukrayna danışıqları başlayır: Dönüş olmayacağının 5 səbəbi

admin