27 C
Bakı
21 Sentyabr 2026 16:19
Tarix

Erməni tarixçilərinin etirafları: Gəncəsər monastırı Azərbaycana məxsusdur

Bəzi qaynaqlarda Xəzinədağ məbədi kimi yazılsa da, Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən Gəncəsər adı ilə tanınan monastr barədə erməni sosial mediası və siyasi, ictimai, dini xadimlərinin yaratdıqları sadəcə şoudur. Özləri də bilirlər ki, o dövrdə ermənilər Qafqazda, yaxud Osmanlı torpaqlarında izi tozu belə yox idi. Xristian albanlar var idi və onlar da Qarabağda, Qərbi Azərbaycanda, Naxçıvanda və Osmanlı ərazilərində yaşayırdılar. Özlərinin kilsələri, ibadətləri və dinləri var idi

Ciddi tarixçilər də təsdiq edir ki, bu monatsr Ərəb xilafəti parçalandıqdan sonra Qarabağ ərazisində Xaçın knyazlığı dövrünə aiddir. Alban memarlığının ən mühüm əsərlərindən olan Gəncəsərin tikilməsi Həsən Cəlalın dövründə baş verib və onun üzərində yazılar da bunun real sübutudur. Monstarın üzərində “Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə xatun tərəfindən 1216–1238-ci illərdə inşa edilmişdir” sözlərinin yazılması bir daha sübut edir ki, o dövrlərdə və xanlıqlar dövrünə qədər bu coğrafiyada erməni, heç hay adı belə yox idi. Albanlar dövlət qurub siyasət yerindəndə ermənilər Hindistanın Mədrəs və Kəlkküttə ərazisində taborda yaşayırdlar.

Mən bu yazımda erməni alimlərinin Azərbaycanda Qafqaz Albaniyasına aid abidələrin oğurlanması barədə araşdırmalarından istinadlar verəcəm. Qoy ermənilər görsün ki, onların yalanlarını elə öz millətlərindən olan alimlər necə ifşa edir.

1) Gəncəsərin Qafqaz Albaniyasına aid olmasını və abidə üzərindəki yazıların ermənilər tərəfindən saxtalaşdırıldığını aşkar edən erməniəsilli alımlərdən birincisi İosif Orbeli olmuşdur. O dövrdə ermənilərin və Rusiyanın birləşib yox etməyə çalışdıqları alimin araşdırması zamanı çıxan “Gəncəsər monastır kompleksinin bəzi divar plitələrində və qəbir daşlarında orta əsrlərə aid türk dilində yazılmış epiqrafik mətnlərin” faktı idi. Orbeli öz qeydlərində Gəncəsərdəki qədim alban epiqrafik plitələrinin XIX əsrdə erməni kilsə xadimləri tərəfindən fiziki olaraq söküldüyünü, sındırıldığını və yerinə qəsdən erməni dilli yeni daş plitələrin yerləşdirildiyini faktlarla göstərib.
https://musulmansenfrance.fr/the-caucasian-albanian-church-of-azerbaijan/

2) Erməni tarixşünaslığının ən böyük simalarından biri olan Arakel Babaxanyan yazır ki, Gəncəsər monastırı erməni kilsəsinə tabe olmayan, tamamilə müstəqil Alban Katolikosluğunun mərkəzi olmuşdur. O, monastırın Qarabağ xristianları (albanlar) üçün müqəddəs bir müstəqillik rəmzi olduğunu yazmışdır. O qeyd edirdi ki, Gəncəsər rəhbərləri özlərini Ermənistan kilsəsinin deyil, qədim Albaniya irsinin rəhbərləri sayırdılar və Eçmiəzdinin onlara hökmranlıq etmək cəhdlərinə daim müqavimət göstərirdilər. Elə ermənilər bu kitabı öz online kitabxanalarında paylaşıblar. https://www.ebooks.am/book/Y5BT276q2h67VPKh5s51Z?utm_source=gemini

3) Tarixçi Baqrat Ulubabyan yazır: “Gəncəsər monastırının yerləşdiyi qədim Xaçın heç vaxt Ermənistanın tərkib hissəsi olmayıb, bura tamamilə müstəqil bir vilayət idi və onun əhalisi qədim albanların birbaşa varisləri idilər. O, Gəncəsər monastırının baş memarı və banisi Həsən Cəlalın məhz “Albaniyanın çarı” rəsmi titulunu daşıdığını öz əsərlərində təsdiqləmişdir.” https://archive.org/details/Ulubabyan1975Xachen?utm_source=gemini

4) Makar Barxudaryants 1895-ci ildə Tiflisdə nəşr etdirdiyi “Artsax” kitabında Gəncəsər barədə danışarkən çox mühüm bir reallığı etiraf etməyə məcbur olmuşdur.
O, Gəncəsər monastırının yerli əhalisinin kökünü araşdırarkən açıq şəkildə yazırdı ki, “bura Albaniyadır və Gəncəsər albanların dini mərkəzidir”. Barxudaryants Qarabağ xristianlarının Ermənistandan gəlmədiklərini, onların qədim yerli alban tayfaları olduqlarını öz əsərində təsdiqləmişdir. Həmçinin monastırın baş tağındakı Alban katolikoslarının adlarını olduğu kimi qeyd etmişdir. https://archive.org/details/Artsakh?utm_source=gemini

5) Raffi -Akop Melik-Akopyan. “Xəmsə məliklikləri” (1888) adlı tarixi-xronoloji əsərində Gəncəsər monastırının katolikoslarının tarixindən bəhs edərkən onların erməni katolikosluğu ilə heç bir bağlılığının olmadığını, Gəncəsərin əsrlər boyu müstəqil Alban Katolikosluğunun taxtı kimi fəaliyyət göstərdiyini yazmışdır. O, erməni kilsəsinin bu müstəqil alban ocağını tabe etmək üçün apardığı siyasi intriqaları və saxtakarlıqları öz kitabında faktlarla qeyd etmişdir. https://archive.org/details/khamsayimelikut00zubogoog?utm_source=gemini

Daha çox erməni müəlliflərinin əsərlərindən istinadlar edə bilərəm. Bu faktlar onu təsdiq edir ki, onların Qafqaz Albanlarına aid olan Gəncəsər başda olmaqla digər iddiaları sadəcə manipulyasiyadır. Onlar düşünməsin ki, biz heç nəyi bilmirik. Biz HƏR ŞEYİ BİLİR VƏ GÖRÜRÜK!

 

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Olduqca maraqlı və müəmmalı olan bu siyasi fiqur qəsd nəticəsində ağır yaralanır və sonra ölür

admin

Bakının qurtuluşundan 108 il keçir

redaktor

Kral ailəsinin fəxri üzvü olan azərbaycanlı

redaktor