DünyaGündəmQalmaqalSiyasət

Türkiyədə PKK terror təşkilatının lideri Abdulla Öcalana rəsmi status verilir

Prezident Ərdoğanın hüquq məsələləri üzrə baş müşaviri Mehmet Uçum bildirib ki, A.Öcalan dövlətin yaradacağı Tərksilah və Strateji Koordinasiya üzrə alt Komissiyanın üzvü olacaq.

Öcalanın rahat çalışa bilməsi üçün İmralı adasında 250 kv. metr yaşayış sahəsi və 500 kv. metr bağçası olan 2 mərtəbəli ev inşa edilib. Ev internet bağlantısı ilə təmin olunub.

Paralel olaraq, 12 kv. metrlik kamerada saxlanılan Əkrəm İmamoğlunun başına gətirilənlər isə göstərir ki, mövcud rejimin nəzərində “terrorçu lider” məhz odur. AKP-li bir bələdiyyə başqanına “nəzakətsiz” dediyi üçün məhkəmə qərarı ilə İmamoğlunun siyasi fəaliyyətinə qadağa qoyulub. Bundan başqa, səhər saatlarında başlayıb gecə 12-yə qədər davam edən məhkəmə iclasının fasilələrində İmamoğluna çay verilməsi, kamerasında isə futbola baxması qadağan edilib. Onun müdafiə çıxışının kitab şəklində çapına da imkan verilməyib.

Türkiyə artıq yeni seçki kampaniyasına daxil olmaqdadır. Hazırda müxalifətin başqa bir potensial namizədi Mansur Yavaşı namizədlikdən vaz keçirmək üçün kampaniya başlayıb. Ona namizəd olmaq istəyərsə, həbs olunacağı barədə mesajlar verilir. M.Yavaşın bu hədələrə boyun əyib-əyməyəcəyi yaxın vaxtlarda məlum olacaq.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tramp və Netanyahu siyasi yükü bölüşdürməyə hazırlaşır?

redaktor

Netanyahu iki şərtlə genişləndirilmiş sağçı koalisiyaya razıdır: ərəblər olmadan və onun rəhbərliyi altında

redaktor

ABŞ Konqresinə seçkilərdə mavi dalğa gözlənilirdi, hazırda mavi tsunami baş verir

redaktor