ABŞ Prezidentinin xüsusi təmsilçisi olan kürəkəni Cared Kuşner Stiv Vitkoffla birlikdə 5 sentyabrda Moskvaya səfəri zamanı Putinlə görüşdə Rusiya diktatoru yaxın aylarda rus qoşunlarının bütün Donbası ələ keçirəcəyini bildirib. Onun bu sözlərinə dözə bilməyən Cared Kuşner Putinin “ağzından vurub”.
Kuşner Putinə deyib ki, bir il əvvəl bizə eyni şeyi demişdiniz. Bir il sonra buraya qayıtsaq siz yenə də eyni şeyi təkrarlayacaqsınız!? Bəlkə bir ili boşa sərf etməyək?
Cared Kuşnerlə Stiv Vitkoff ötən ilin dekabırının ilk günlərində Moskvada olmuş, Putinə danışıqlar aparmışdılar. Putin o zaman da rus qoşunlarının yaxın aylarda bütün Donbası ələ keçirəcəyini bildirmişdi.
Müharibə başlayandan bəri Putin və Rusiya Müdafiə Nazirliyi Donbasın bütüövlüklə ələ keçiriləcəyi tarixi 17 dəfə dəyişməyə məcbur olublar. Elə bir vəziyyət yaranıb ki, artıq heç kim Rusiyanın vaxt təyin etməsinə ciddi yanaşmır. Bu vəziyyət Putin başda olmaqla Rusiya rəsmiləri ilə görüşlərə də marağı azaldıb. Putinin yalanlarını dinləmək istəyənlərin sayı o qədər azalıb ki, artıq Çin dövlət başçısı Si Cinpin də Putinə görüşdən imtina edir.
Putinin üzləşdiyi bu alçaldıcı vəziyyət Rusiyanın son 300 illik tarixində bir ilkdir. Bunun isə çox böyük siyasi təsirləri olacaq.
