28 C
Bakı
13 Sentyabr 2026 17:28
DünyaMuharibə

“Rusiya bir həftədə Ukraynaya 2100 dron və 78 raket atıb”

Rusiya son bir həftə ərzində Ukrayna ərazisinə 2100-ə yaxın dron, 1700 idarəolunan aviasiya bombası və 78 müxtəlif tipli raket buraxıb. Növbəti kütləvi hücumlar zamanı ölkənin energetika obyektləri, dəmir yolu infrastrukturu və yaşayış binaları hədəfə alınıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında məlumat paylaşıb.

Zərbələr nəticəsində Odesa, eləcə də ölkənin qərb vilayətlərində dağıntılar baş verib. Volın vilayətində, Ukrayna-Polşa sərhədinin yaxınlığında PUA hücumu nəticəsində qatarın lokomotivinə və yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. Ərazidə bərpa işləri davam etdirilir.

V.Zelenski hücumların qarşısının alınmasının vacibliyini qeyd edib.

“Bu zərbələrin Avropaya doğru irəliləməməsi üçün ukraynalılar hər gün mübarizə aparır və təcavüzün genişlənməsinə imkan vermir. Rusiya terroru bir çoxları üçün ortaq təhlükədir, lakin onu məhz Ukraynada darmadağın etmək mümkündür və vacibdir”, — deyə V.Zelenski vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsveçdə bu gün seçkilərdir. Hakimiyyətdə sağçılar, müxalifətdə isə solçulardır.

redaktor

Brics-də Rusiya və İrana dəstək verilmədi

redaktor

Əvvəlcə 100 inək qarşılığında Melonini istədi, indi isə Türkiyəni hədələyir

redaktor