Dünyaİqtisadiyyat

İsveçdə bu gün seçkilərdir. Hakimiyyətdə sağçılar, müxalifətdə isə solçulardır.

Sağçılar solçuları 4 il əvvəl məğlub edib hakimiyyətə gəlmişdilər. Xalqa miqrasiya və iqtisadiyyatla bağlı çoxlu vədlər verdilər, tutmadı. O üzdən yəqin ki, bugün solçular hakimiyyətə geri dönəcək.

Miqrasiya ilə mübarizə aparmaq üçün ordunu polisə dəstək məqsədilə küçələrə çıxardılar. Kriminalla müəyyən dərəcədə mübarizə apara bildilər. Amma miqrantlar yerindədir, sayları azalmadı.

Qeyri-isveçlilərə qarşı ayrı-seçkilik kampaniyası başlatdılar, bunun da onlara siyasi baxımdan ziyanı oldu. Müsəlman məcburən müsəlmanla dostluq etdi, nə inteqrasiya, nə də assimilyasiya prosesi getdi.

İqtisadiyyat isə artmaq əvəzinə yerində qaldı, qiymətlər bahalaşdı. Bir az bəxtləri gətirmədi, İran, Fələstin və Yəmən ətrafındakı müharibələr yanacağın qiymətlərini artırdı. Həm də keçən dəfə yazmışdım, hansısa Avropa ölkəsinin yenidən iqtisadiyyatını sürətlə böyütməsi, 90-cı illərin möcüzəli dövrünə qayıtması artıq o qədər də asan deyil.

Avropanın müştərilərinin çoxunu itirib . Asiya ölkələri artıq bir çox sahədə özlərini təmin edir. Avropanın istehsalına əvvəlki kimi ehtiyac yoxdur. Sağl, solu hər il dəyişməklə deyil. Nə Almaniya, nə Britaniya, nə də başqa Avropa ölkəsi qızıl dövrünə dönən deyil.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Brics-də Rusiya və İrana dəstək verilmədi

redaktor

Beş addımla rahatlıq planı

redaktor

Əvvəlcə 100 inək qarşılığında Melonini istədi, indi isə Türkiyəni hədələyir

redaktor