Xəritədə “Ənsarallah”ın 2022-ci ildən nəzarət etdiyi ərazilər (çəhrayı rəngdə) az göstərilsə də (məsələn, Səna şəhəri və ətrafı o vaxtdan onların nəzarətindədir) son günlər tutduqları ərazilər (qırmızı rəngdə) düzgün göstərilib.
Göründüyü kimi, husilər Qırmızı dənizin Yəmənə məxsus bütün sahillərini nəzarətə götürüblər. Yeni ərazilərin sahəsi 5,4 min km²-dir. Məlumat üçün: bu sahə Qəzza zolağından 15 dəfə böyükdür.
Hazırda 3 istiqamətdə şiddətli döyüşlər gedir:
Şimal cəbhəsi: Əl-Cöf vilayəti. S.Ərəbistanı ilə birbaşa sərhəddə yerləşən bu regionda son illərin ən böyük hərbi toqquşmalarından biri yaşanır. Husilər bu strateji vilayətdə genişmiqyaslı hücum həyata keçirirlər. Hökumət qüvvələri isə burada ciddi müqavimət göstərərək, husiləri paytaxt Sanaya doğru şimaldan sıxışdırmaq və paytaxta gedən yolları açmaq üçün vuruşurlar.
Cənub-Qərb cəbhəsi: Taiz vilayəti. Uzun illərdir mühasirədə olan Taiz şəhəri və ətraf rayonlar yenidən şiddətli döyüş meydanına çevrilib. Husilər vilayətin dağlıq və strateji mövqelərində irəliləməyə çalışarkən, hökumət qüvvələri artilleriya və minaatanlardan istifadə etməklə husilərin mövqelərinə qarşı əməliyyatları intensivləşdiriblər.
Mərkəzi cəbhə: Mərib və Əl-Beyda vilayətləri. Neft və qazla zəngin olan Mərib vilayətində nəzarəti genişləndirmək tərəflər üçün həm iqtisadi, həm də hərbi baxımdan həyati əhəmiyyət kəsb edir. Eyni zamanda qonşu Əl-Beyda vilayətində də tərəflər arasında qarşılıqlı mövqe döyüşləri davam edir.
