1. Ruslar gecə Krivoy Roq, Zaporojye, Dnepr və Odessaya hücum ediblər. Odessada bir rus pilotsuz təyyarəsi yaşayış binasına zərbə endirib və 12 nəfər yaralanıb.
2. Taqanroqda dronlar Rusiya Federasiyasının 708-ci Hərbi Nəqliyyat Aviasiya Alayının yerləşdiyi Taqanroq-Mərkəzi hərbi aerodromuna zərbə endirib. Tolyattidə hücumdan sonra Kuybışev Azot zavodu yanır.
3. Rusiya qaz qiymətlərini artırarsa, Ermənistan 102-ci Rusiya hərbi bazası üçün kirayə haqqını artıra bilər.
4. Ruslar Dobropolya yaxınlığında iki ukraynalı hərbi əsir – Ukrayna Milli Qvardiyasının hərbçilərini edam ediblər.
5.Zelenski Mayamidə keçiriləcək G20 sammitində Putinlə görüşməyi təklif edib və Ukraynanın güclü danışıqlar mövqeyində olacağını vurğulayıb.
