23 C
Bakı
09 Sentyabr 2026 14:32
DünyaGündəmSiyasət

Aİ Ukraynaya “Patriot” üçün 3,2 milyard avro ayırıb

Avropa İttifaqı Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket almasını maliyyələşdirmək məqsədilə 3,2 milyard avro vəsait ayırıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu dəstək Ukraynanın hava məkanını Rusiyanın hücumlarından daha effektiv qorumasına imkan verəcək. Vəsaıt Aİ-nin “Ukraynaya Dəstək Krediti” proqramı çərçivəsində təmin edilir.

Ukrayna Müdafiə Nazirliyi qərarın xüsusilə payız-qış mövsümündə ölkənin hava hücumundan müdafiə imkanlarını gücləndirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bəyan edib. Kiyev vurğulayır ki, “Patriot” raketləri xüsusilə Rusiyanın ballistik raketlərinə qarşı müdafiə üçün həyati vacibdir.

Aİ-nin bu qərarı “Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupu”nun növbəti görüşündən sonra açıqlanıb. İclas zamanı NATO-nun Baş katibi Mark Rutte Ukraynaya hərbi yardımın mümkün qədər tez çatdırılmalı olduğunu bildirib və ləngimələrin insan tələfatına səbəb olduğunu vurğulayıb.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Saatda 2,5 milyard rubl: Kremlin müharibə xərcləri yeni rekorda çatıb

redaktor

Ukrayna Silahlı Qüvvələri Novorossiyskə hücum etdi: itkilər var

redaktor

AİHM Nardaran hadisələri ilə bağlı Azərbaycanı 23 min avro təzminata məhkum edib

admin