DünyaSiyasət

Rusiya tamamilə Çinin vassalına çevrilib

On il əvvəl, 2016-cı ilin mayında Rusiya Prezidentinin yanında İqtisadi Şuranın Rəyasət Heyətinin iclasda Strateji Tədqiqatlar Mərkəzinin sədri və İqtisadi Şuranın sədr müavini, keçmiş maliyyə naziri Aleksey Kudrin Putinə müraciət edərək Rusiyanın texnoloji cəhətdən geri qaldığını və beynəlxalq texnoloji zəncirlərə inteqrasiya olunmasının vacibliyini izah edərək bunun üçün geosiyasi gərginlik azaldılmasının gərəkliyini vurğulamışdı. Cavab olaraq da Putin bəyan etmişdi ki, texnoloji geriliyi aradan qaldırmaq üçün suverinlikə alver etməyəcək və ömrünün sonuna qədər Rusiyanın suverenliyini müdafiə edəcək.

Bu o zamanalar idi ki, Putin “Rusiya suverenliyi ilə alver etməyəcək” bəyanatını tez-tez səsləndirirdi. Putin ağzından çıxan hər kəlməni ilahi vəhy kimi qəbul edən satqın media da onun bu çox iddialı bəyanatını tirajlayırdı.

Bu o zamanlar idi ki, Avropanın enerji bazarında 40 faizlik paya sahib olan Rusiyaya hər il stabil olaraq təkçə neft, qaz və daş kömrün satışından 500-550 milyard dollar pul daxil olurdu.
Bu o zamanlar idi ki, Putin Avropa ölkələrindən birinə qazı bir qədər ucuz, digərinə baha satmaqla mənfətpərəst Avropanı Rusiyaya yarınmağa, bəzən isə açıq-açıq yaltaqlanmağa vadar etmişdi.
İndi isə vəziyyət tamamilə dəyişib. Avropanın enerji bazarlarından qovulan Rusiya Çinin mərhəmətindən asılı düşüb. Elə bir vəizyyət yaranıb ki, Prezident yanında Yanacaq-Energetika Kompleksinin İnkişaf Strategiyası üzrə Komissiyanın icraçı katibi, “Rosneft”-in Baş İcracı direktoru İqor Seçin bəyan edir ki, Çin 2022-ci ildən Rusiyadan aldığı neftin hesabına 27 milyard dollara qənaət edib. Yəni, Rusiya Çinə nefti dünya bazarından ucuz satdığı üçün Çin 27 milyard dollara qənaət edib. Halbuki, Rusiya əyalətlərinin büdcə kəsirlərini doldurmaq üçün möhtac olduğu 23 milyard dolları tapa bilmir. Rusiya dövlət büdcəsindəki 100 milyard dollarlıq kəsiri azaltmaq üçün fayda olaraq Çinə verdikləri 27 milyard dollar çox faydalı ola bilərdi.

Rusiyanın son 4 ildə Çinə verdiyi fayda bu 27 milyard dollarla da kifayətlənmir. Məlum olduğu kimi Rusiya Çinə qazı hazırda 40 faiz endirimlə satır və bu da Pekinə bir neçə on milyarda qənaət etməyə imkan yaradır. Çin isə Rusiyaya satdığı malların qiymətini 100 faiz bahalandırmaqla Moskvanı iki dəfə çox pul ödəməyə vadar edir. Rusiyanın bu vəziyyəti dəyişəcək gücü və imkanı issə yoxdur. Rusiyada müdafiə sənayesi üçün həyati əhəmiyyətli olan yüksək texnologiyalı hissəsələrin təxminən 80 faizi, dəzgahların 90 faizi Çindən idxal olunur.
Bir zamanlar “Rusiya suverenliyi ilə alver etməyəcək” kimi iddialı bəyanatlar səsləndirməkdən yorulmayan Putin Rusiyanı tamamilə Çinin vassalına çevrilib. Çin Rusiyada müdafiə sənayesi üçün həyati əhəmiyyətli olan yüksək texnologiyalı hissəsələrin satışını dayandırsa Ukraynadakı işğalçı Rusiya ordusu bir ayın içərisində darmadağın olar.

Rusiya bütün tarixi boyu aşağıladığı Çinin vassalına çevrilib. Çinin Rusiyadakı əsas “adamı” olan Seçin isə son dörd ildə Çinə yalnız neft satışından 27 milyard dollar fayda verdiklərindən öyünərək bəhs edir. Rusiya cəmiyyəti isə rəzilcəsinə buna susur. Bu Rusiya toplumunun nə qədər rəzil vəziyyətə düşdüyünü göstərir. Belə rəzil vəziyyətə düşmüş cəmiyyət çöküşə, onun qurucusu olduğu dövlət isə dağılmağa məhkumdur.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Çin yaxın şərqdə yerləşir…

redaktor

Ancaq tiblə ölkə xilas olunmaz!

redaktor

Putin Trampın atəşkəs tələsinə “yox” deyəcək

redaktor