“Sabah” klubunun UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
Azərbaycan çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Artıq UEFA rəsmi saytında Liqa mərhələsindəki 4 oyunun bu arenada olacağını təsdiqləyib.
“Sabah”ın ev oyunlarının təqvimi
2-ci tur, 13 oktyabr
20:45. “Sabah” – “Slaviya” (Çexiya)
3-cü tur, 20 oktyabr
20:45. “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)
5-ci tur, 25 noyabr
21:45. “Sabah” – “Barselona” (İspaniya)
7-ci tur, 20 yanvar
21:45. “Sabah” – “Napoli” (İtaliya)
Xatırladaq ki, Liqa mərhələsində “Sabah” səfər oyunlarında isə “Mançester Yunayted” (10 noyabr), “Vikinq” (4 noyabr), “Vilyarreal” (8 dekabr) və “Arsenal”la (27 yanvar) qarşılaşacaq. (Qol.az)
