25 C
Bakı
10 Sentyabr 2026 18:21
DünyaMuharibə

Zelenski aviaşirkətlərə xəbərdarlıq etdi: Rusiya səmasında təhlükəsiz zonalar yoxdur

Ukrayna Prezidenti Vladimir Zelenski beynəlxalq aviaşirkətlərə dron hücumlarının davam etməsi fonunda Rusiya hava məkanından istifadənin təhlükələri barədə xəbərdarlıq edib.

Zelenski çıxışında bildirib ki, “Bu gün biz Rusiya hava məkanından istifadə edən hər bir aviaşirkəti, hər bir sığortaçını və əsas Rusiya hava limanlarından istifadə etməyə davam edən hər kəsi xəbərdar etmək istəyirik: Rusiya səması tamamilə təhlükəli hala gəlir”.

Eyni zamanda, Ukrayna lideri vurğulayıb ki, Kiyev mülki aviasiyanı təhdid etmək niyyətində deyil.

“Rusiya səmasında sadəcə o qədər çox dron olacaq ki, bunu nəzərə almalıyıq. Biz Ukraynada günahsız insanların həyatını itirməsini istəmirik. Buna görə də tərəfdaşlarımızı xəbərdar edirik: Rusiya səmasında təhlükəsiz dövrlər bitdi… Mülki aviasiyanın dronlar arasında yeri yoxdur”, – deyə Ukrayna prezidenti vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Husilər Babül Məndəbə doğru irəlilədi: Məkkə sazişi işə düşəcəkmi?

redaktor

Trampı təbrik etmək olar

redaktor

11 sentyabr hücumlarının əsas təşkilatçısının məhkəməsi yenə təxirə salındı

redaktor